LHA Amfibiya

LHA (Desant helicopter assault) ABŞ Hərbi Dəniz Qüvvələrində mövcud olan "Tarava" və "Amerika" sinifli çoxməqsədli vertolyot daşıyıcı amfibiya hücum gəmilərini təyin etmək üçün istifadə edilən təsnifatdır.

LHA Amfibiya
Təşkilat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
USS Tarawa (LHA-1) 1997-ci ilin iyun ayından aktiv xidmətdədir.
San Dieqo, Kaliforniya limanına çatan USS America (LHA-6) gəmisinin havadan görünüşü, 15 sentyabr 2014-cü il

Bu gəmilərin məqsədi amfibiya əməliyyat qrupunun və ya hücum qrupunun tez bir zamanda istənilən əraziyə köçürülməsini təmin etməkdən ibarətdir. [1]

Bu gəmilər təyyarə daşıyıcıları kimi tam uçuş göyərtəsinə malikdirlər və onların daxilində hücum helikopterləri olur. MV-22 Osprey kimi əyri rotorlu təyyarələrAV-8 HarrierF-35B Lightning II kimi STOVL təyyarələri də bu gəmilərdə yerləşdirilə bilər. [2]

Tarava sinifli LHA-lar Dəniz Piyadaları Korpusuna birbaşa desant əməliyyatı ilə yanaşı helikopterlə də desant əməliyyatı həyata keçirməyə imkan yaradır. [1] Bu gəmilər hər iki üsulla eyni vaxtda səmərəli desant əməliyyatları üçün nəzərdə tutulmuş ilk gəmilərdirlər.

Yeni Amerika sinifli gəmilərin ilk ikisi olan, LHA-6 və LHA-7, həm köhnə Tarawa sinifli LHA-lar, həm də dok göyərtələrinə malik müxtəlif LHD-lərdirlər. ; LHA-8 və sonrakı gəmilərdə dok göyərtəsi mövcuddur. [2] Dok göyərtələri olan LHA-larda eniş gəmilərindən, hava yastıqlı eniş gəmilərindən (LCAC) və digər hidrovasitələrdən istifadə edilə bilər.

Çöl Qalxanı və Çöl Fırtınası əməliyyatları zamanı üç Tarawa Class LHA-dan fəal şəkildə istifadə edilmişdir. O vaxtdan bəri, LHA-lar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İraq və Əfqanıstandakı müharibələrdə, 2004-cü ildə sunamidən sonrakı humanitar yardımlar zamanı istifadə edilmişdirlər. [1]

Gövdə nömrəsi ad Xidmətə daxil edilməsi İstifadədən çıxarılmışdır
Tarawa sinfi
LHA-1 USS Tarawa 29 may 1976-cı il 30 sentyabr 2009-cu il
LHA-2 USS Saipan 15 oktyabr 1977-ci il 20 aprel 2007-ci il
LHA-3 USS Belleau Wood 23 sentyabr 1978-ci il 28 oktyabr 2005-ci il
LHA-4 USS Nassau 28 iyul 1979-cu il 31 mart 2011-ci il
LHA-5 USS Peleliu 3 may 1980-ci il 07 aprel 2015-ci il
Amerika sinfi
LHA-6 USS Amerika 11 oktyabr 2014-cü il USS America sinif gəmilər orijinal beş Tarawa sinif LHA-nı əvəz etmişdirlər
LHA-7 USS Tripoli Tikinti mərhələsindədir
LHA-8 USS Bougainville Tikinti mərhələsindədir

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Amphibious Assault Ships (LHD/LHA)". US Navy. 1 Ocak 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Şubat 2020.
  2. 1 2 "Fact File: Amphibious Assault Ships—LHD/LHA(R)". U.S. Navy. 10 Ocak 2017. 1 Ocak 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Nisan 2017.