La-Şo-de-Fon (fr. La Chaux-de-Fonds) – İsveçrənin Nevşatel kantonunda yerləşən şəhər. Yura dağlarında dəniz səviyyəsindən min metr yüksəklikdə, Fransa ilə sərhəddən bir neçə kilometrlik məsafədədir.[5]
La-Şo-de-Fon | |
---|---|
47°05′58″ şm. e. 6°49′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.039 m, 997 m |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +41 32 |
Poçt indeksi | 2300[3], 2301[4] |
Nəqliyyat kodu | NE |
Digər | |
chaux-de-fonds.ch | |
Vikianbarda əlaqəli mediafayllar |
37 min əhalisi olan bu şəhər turizm baxımından əhəmiyyət daşımır. Ancaq Chevrolet markasının da meydana gəldiyi bu şəhərdə dünyanın ən bahalı saatları düzəldilir. Rolex, Patek Philippe və Omega da daxil olmaqla, bir çox məşhur saat markasının atelyeləri və mərkəzləri buradadır.[5]
Bu firmalar La-Şo-de-Fonda qurulub və "saatın paytaxtı" olaraq İsveçrənin adını dünyaya tanıdıb.[5]
1867-ci ildə Karl Marksın məşhur əsəri "Kapital"da söz açdığı "böyük fabrik-şəhər" məhz buradır. O, Cenevrədəki atelyelərin beş qatı qədər istehsal həyata keçirildiyi üçün sənayeləşmənin nümunəsi olaraq buranı göstərib.[5]
Bu gün İsveçrə saat sənayesinin idari və bir çox baxımdan mənəvi paytaxtı sayılır. Şəhər küçələrində gəzərkən tikililərin girişləri, küçələrin genişliyi diqqət çəkir. XIX əsrdə salınmış bu küçələr atelyelər günəş işığı ilə aydınlansın deyə geniş götürülüb.[5]
UNESCO 2009-cu ildə şahmat taxtasını xatırladan bu şəhəri Dünya Mədəniyyət İrsi siyahısına salıb. Atelyelərin bir qismi evlərə çevrilsə də, hələ də qapıları açıq kiçik dükanlarda ustalar saatların vacib detallarını hazırlayırlar.[5]
Şəhərdə Beynəlxalq Saat Muzeyi fəaliyyət göstərir. Dünyanın ilk kvars saatı da buradadır.[5]
1968-ci ildə şəhər əhalisinin yarıdan çoxu – 11 min nəfəri saat şirkətlərində işləyirdi. Saatlarda kvars kristallarından istifadə olunmağa başlandıqdan sonra 1975-ci ildə bu rəqəm yeddi minə enib. 1970-ci illərdə kvars minerallarından istifadə etməklə dəqiq saatların yaradılması İsveçrə saatlarının da dəyərini itirməsinə səbəb olub. Patek Philippe markasının sahibi Filipp Sternin saatda dəqiqliklə yanaşı, lüks və keyfiyyətə önəm verməsi bu tendensiyanı dəyişib və İsveçrə saat bazarı öz əzəmətini geri qaytarıb. Girard-Perregaux markasının istehsalı şəhərin böyük atelyelərindən birində həyata keçirilir. Kiçik atelyelərdə hazırlanan detallar saat ustaları tərəfindən burada birləşdirilir. Başqa bir otaqda isə bəzək işləri tətbiq edilir.[5]
II Vilhelm 1880-ci ildə əsgərləri üçün bu markadan iki min saat sifariş verib.[5]