La-Manqa dili və ya La-Manqa-del-Mar-Меnor (isp. La Manga del Mar Menor) — İspaniyanın cənub-şərqində yerləşən dil.
La-Manqa dili | |
---|---|
isp. La Manga del Mar Menor | |
Ümumi məlumatlar | |
Eni | 0,2-1,2 km |
Uzunluğu | 22 km |
Yerləşməsi | |
37°43′53″ şm. e. 00°43′21″ q. u.HGYO | |
Akvatoriya | Aralıq dənizi |
Ölkə | İspaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dil 22 km uzunluğa, 100–1200 m enə malikdir. Avropanın ən böyük laqunu olan Mar-Menoru Aralıq dənizindən ayırır. Ərazisin bir hissəsi bataqlıqlarla örtülüdür[1]. Ərazisi dayvinq həvəskarları arasında məşhurdur[2].
La-Manqanın şimal sahili Kosta-Kalida kurort zonasıdır. Dil laqunu soyuq havadan qoruyur[3]
Əsas gəlir mənbəyi turizm və turistlərə xidmət sahələrindən əldə edilir. İyundan sentyabra qədər əhalisi 200 minə qədər artır. Turistlərin bir hissəsi digər ölkələrdən gəlir. İlin digər vaxtları bölgə də cəmi 10 000 insan yaşayır.
Turistlər kafe və restoranların xidətlərindən istifadə edirlər. Bəzi turistlər isə bölgəyə yelkənli qayıq idman növü ilə məşğul olmaq məqsədi ilə gəlislər.