Labioplastika

Labioplastika, qadın reproduktiv sistemlərindəki kiçik dodaqlarböyük dodaqları dəyişdirməyi hədəfləmiş estetik əməliyyat prosedurudur. Labioplastika etmək istəyən qadınlar əsasən iki əsas kateqoriyaya aid edilirlər: İnterseks kimi irsi xəstəliklərə görə bunu həyata keçirmək istəyən xanımlar və müəyyən bir diskomfort və ya xəstəlik olmadan sadəcə olaraq reproduktiv orqanlarına daha estetik bir görünüş bəxş etmək məqsədilə əməliyatı həyata keçirdən xanımlar.

Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunmağa başlamışdır.

Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).

Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir. Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.

Bəzi qadınlarda daxili dodaqın normaldan böyük olmasının səbəbi

[redaktə | mənbəni redaktə et]

Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.

Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur.

Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxariıda göstərilən problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır.

Daxili dodaqların normaldan böyük olmasının problemləri

[redaktə | mənbəni redaktə et]
  • - Daxili dodağın normadan geniş və iri olması qadında özünəinam hissini azaldır və psixi cəhətdən qarşı cinsin yanında problemli hiss etməsinə səbəb olur.
  • - Bəzi xəstə qadınlar isə hətta evlənməkdən belə çəkinir.
  • - Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir.
  • - Belə qadınlar digərlərinə nisbətən daha çox cinsi yolların infeksiyasına tutulurlar.
  • - Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və rahasızlıq olur.
  • - Çox nadir də olsa da, qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur.

Labioplastikanın faydaları

[redaktə | mənbəni redaktə et]

Qadınlarda əməliyyatdan sonra ilk öncə özünəinam hissi yaranır və yuxarıda göstərilən problemlərin yaranmasının qarşısı alınır.

Labioplastika əməliyatları cinsi əlaqədəki həzzə təsiri

[redaktə | mənbəni redaktə et]

Belə qadınlarda artıq toxuma hissəsi götrüldükdən sonra qadında özunəinam artır və cinsi yaxınlıqdan daha çox həzz almış olur.

Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda bu əməliyyatın icrası

[redaktə | mənbəni redaktə et]

Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır.

Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keyser əməliyyatı ilə doğum ola bilir.

Bakirə qızlarda labioplastika icra olunması

[redaktə | mənbəni redaktə et]

Bakirə qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı qızlıq pərdəsinə (hymen) heç bir zərər vermir. Çünki qızlıq pərdəsi labioplastika icra olunan əməliyyat bölgəsindən 3-4 sm daha dərində (proksimalda) yerləşir.

Labioplastika əməliyyatından əvvəl qadınların etməli olduğu şeylər

[redaktə | mənbəni redaktə et]

Əməliyyat qərarı alan qadın xətəxanada əməliyyat gününü dəqiqləşdirməlidir. Əməliyyat günü xəstəxanaya gələrkən yuyunmalı və əməliyyat nahiyəsinin təmizliyinə fikir verməlidir. Xəstənin 8 saat ac qalması məsləhət olunur. Əməliyyat xəstənin istəyinə bağlı yerli, spinal və ümumi keyitmə ilə icra olunur.

Labioplastika əməliyyatı üçün xüsusi testlər və müayinələrin varlığı haqqında

[redaktə | mənbəni redaktə et]

Xüsusi testlər yoxdur. Xəstə standart müayinələrdən keçir. Əməliyyatdan əvvəl xəstənin istəyi nəzərə alınır. Götürüləcək toxuma hissəsi markerlənir və xəstə götürüləcək nahiyə haqqında bilgiləndrilir.

Labioplastika əməliyyatının müddəti

[redaktə | mənbəni redaktə et]

Labioplastika əməliyyatı ortalama olaraq 45-50 dəqiqə çəkir. Bəzi xəstələrdə bu əməliyyatla yanaşı vaginaplastika və klitoroplastika da icra olunarsa, bu zaman əməliyyat müddəti uzanır.

Labioplastika əməliyyatlarında istifadə edilən keyitmə (anesteziya) üsulu

[redaktə | mənbəni redaktə et]

Əksər ölkələrdə bu, yerli keyitmə ilə icra olunur. Bəzi xəstələrdə isə rahatsız olduqları üçün ümumi və spinal anesteziyaya üstünlük verilir. Lakin yerli anesteziya məsləhət görülür.

Əlavə məlumatlar

[redaktə | mənbəni redaktə et]

Labioplastika zamanı ağrılar olmur. Bu əməliyyat zamanı və əməliyyatdan sonra xəstədə heç bir ağrı qeyd olunmur. Xəstə səhər saatlarında əməliyyat olunursa, axşam evə yazılır. Bəzi hallarda xəstə klinikada saxlanılır. Xəstənin istəyi də nəzərə alınır. Eyni zamanda qadında həm labioplastika, həm də vaginoplastikanın icrası mümkündür. Bu əməliyyatla yanaşı eyni zamanda bir seansda digər cinsi əməliyyatları da icra etmək olar. Bunun heç bir problem və ağırlaşması yoxdur.

Əməliyyat sonrası gedişdə xəstə sonra sarğı üçün gəlir. Xəstədə sorulan incə saplardan istifadə olunduğu üçün tikiş sökdürməyə ehtiyac yoxdur. Xəstəyə 3 həftə cinsi həyatına ara verilməsi məsləhət görülür.[1]

  1. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.