Labirint qaçışçısı amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış silsilə romanlardırlar. Bu seriyanı təşkil edən kitablar Labirint qaçışçısı, Alov sınaqları, Ölümə dərman, Ölüm əmri və Virus kodudur. Seriyanın ilk üç kitabı ekranlaşdırılmışdır.
Gələcək haqqında anti-utopiya elmi fantastika ləzzətində yazılmış bu seriya günəş partlayışlarının və Amerika laboratoriyalarından yayılan virusun bəşəriyyətin böyük hissəsini məhv etdiyi dünyadan bəhs edir. Hadisələr İ.A.M.T.N-ın (İnsanlığın Axırı-Məhv olma Tədqiqat Nöqtəsi) çarə tapmaq üçün yaradılmış virusa qarşı immuniteti olan insanları labirintdə yığıb, "Labirint Təcrübələri"nə başlaması ilə inkişaf etməyə başlayır. Seriya ümumilikdə beş kitabdan ibarətdir. İlk üç kitab ("Ölümcül Qaçış", "Alov Sınaqları", "Son Üsyan") əlaqəli romanlarıdır (hadisələr bir-birinə bağlıdır. Bir roman digər romanın bitdiyi yerdən başlayır). Ölüm əmri kitabında virusun və günəş partlayışlarının necə meydana gəldiyi təsvir edilir. İlk üç kitabın personajları burada görünmürlər. Sonuncu kitab hesab edilən, Virus Kodunda labirintin strukturu izah edilir.