Lado Ketsxoveli

Lado Zaxaryeviç Ketsxoveli (gürc. ლადო კეცხოველი, əsl adı Vladimir Zaxaryeviç Ketsxoveli, gürc. ვლადიმერ ზაქარიას ძე კეცხოველი; 2 (14) yanvar 1876[1]17 (30) avqust 1903[1], Tiflis)—Gürcü inqilabçısı.

Lado Ketsxoveli
gürc. ლადო კეცხოველი
Doğum tarixi 2 (14) yanvar 1876[1]
Vəfat tarixi 17 (30) avqust 1903[1] (27 yaşında)
Vəfat yeri
Fəaliyyəti inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1890-cı ilin yanvarında Lado Ketsxovelinin Bakıya gəlməsi və siyasi təşviqat fəaliyyəti yeni mərhələyə qədəm qoydu. "Lado neft şəhərində inqilabi işi canlandırdı, dərnəklərə həyat verdi. Bakıda təbliğat və təşviqat xarakterli gizli sosial-demokrat ədəbiyyatı görünməyə başladı. Çox tez-tez vərəqə və intibahnamələr yayılırdı" (92). Gizli ədəbiyyatın içərisində "İskra" qəzeti mühüm yer tuturdu. İlk nömrəsindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətini qazanmışdı. 1901-ci ilin baharında Bakıda RSDFP-nin leninçi-iskraçı məsləkli Bakı Komitəsi təşkil olundu. Bu komitə marksist ədəbiyyatını geniş yaymaq üçün ən qorxulu tədbirləri belə həyata keçirməkdən çəkinmirdi. V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbəə yaradıldı.

1901-ci ilin sentyabrından "Nina" mətbəəsində Leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. "İskra" "Brdzola"nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdi.

Bakı bolşevik təşkilatı milliyətcə əksəriyyəti azərbaycanlılardan ibarət olan ixtisassız proletarlar içərisində siyasi-tərbiyə işi aparırdı. Bakı Komitəsinin üzvləri, xüsusilə inqilabi işin spesifik şəraitini gözəl bilən Alyoşa Caparidze azərbaycanlılar arasında ən fəal fəhlələri partiya işinə cəlb edirdilər. 1904-cü ilin axırlarında S. M. Əfəndiyevin, A. Caparidzenin, Q. V. Fonşteynin fəal iştirakı ilə Bakıda sosial-demokrat "Hümmət" qrupu yaradıldı. "Hümmət" Bakı partiya təşkilatının ayrılmaz tərkib hissəsi idi və Bakı Komitəsinin azərbaycanlı proletarlar arasında işləyən şöbəsi hüququ ilə fəaliyyət göstərirdi.