Laiklik

Laisizm[1] və ya laiklik[2] (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər.[3]

Türkiyədə[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Türkiyədə laisizm

Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  2. "Modernist türkçülük və təriqətlər". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  3. Kuru, Ahmet T. Secularism and State Policies toward Religion. Cambridge University Press. 2009. doi:10.1017/CBO9780511815096.
  4. "Türkiye Büyük Millet Meclisi, TC. Anayasası, Madde 24" (türk). 16 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.