Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşir[1] Bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina klassizm stilinə sahibdir. Fasadı yarımkolonnalar ilə işlənmişdir.
Lakier binası | |
---|---|
rus. Дом Лакиера | |
47°12′44″ şm. e. 38°56′12″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşən bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Bina ilk dəfə bir mərtəbəli kiçik bir binanın üzərində ucaldılmışdır. Bu kiçik bina Naxçıvan-na-Donudan olan L gildiya taciri Karp Markoviç Qayrabetova məxsus olmuşdur[2]. 1839-cu ildə bina yunan taciri olan Manuilu Kumaniyə məxsus olmuşdur. 1860-cı illərdə binanın sahibi dəyişir. Binanı kollecdə işləyən Mark Varvasi satın alır. 1882-ci ildə ev sahibləri binanı öz vərəsələri olan Aleksandr Popudovoy və Yelena Lakierə vermək qərarına gəlir. Onların mülkiyyətində həm də Lakierovların binasıda vardı. O zaman ki, məlumatlara görə binanın qiyməti 24 min rubl olaraq qiymətləndirilirdi. Bülə bir məlumatda vardır ki, binada emalatxana və uşaq və qadın geyimlərinin hazırlandığı dərzi evi məqsədli belə istifadə edilirdir[3]. Digər məlumata görə «Dəb emalatxanası» binada 1892-ci ildən fəaliyyət göstərmişdir. Bu dəb evi İ. Y. Fiviçə mənsub olmuşdur. 1992-ci bina regional əhəmiyyətli mədəni arxitektur abidə elan edilmişdir. Üstəlik qoruma altına alınmışdır. 2003-cü ildən binada Tolonek uşaq bağçası yerləşir[4].