Lakierovun ikinci binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 44 ünvanında yerləşir. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina klassizm stilinə malikdir
Lakierovun ikinci binası | |
---|---|
rus. Второй дом Лакиеров | |
47°12′36″ şm. e. 38°56′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
XIX əsrin əvvələrində və ortalarında inşa edilən №42 və №44 ünvanlarında yerləşən binalar İvan Andreeviç Varvasiyə[1] məxsus olmuşdur. Sonradan isə onun varisləri binaya sahiblənmişdir. 1906-1910-cu ildə bina 44 nömrəsi ilə Aleksandr Popudovoy və Yelena Likierə məxsus olmuşdur.
Bu bina ilə əlaqəli bir çox taqanroqlu ailələrin soyadı hallandırılır[2].
1836-cı ildə Varvasi Sofiya Dmitrievna Alferaki ilə ailə həyatı qurmuşdur. Onların iki qızı doğulmuşdur:Akeksandra və Yelena. Aleksandra yunan kralının saray əyyanına, Yelena isə Aleksandr Borisoviç Lakierə (Rus heraldikası kitabının müəllifi) ərə getmişdir. Lakierin yazdığı bina 1854-cü ildə çapdan çıxmışdır. Müəllif Demidov mükafatına layiq görülmüşdür[3].
Aleksandr Lakier 1870-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı isə 1915-ci ildə vəfat edir. Aleksandr və Yelenanın nigahından beş övladı olmuşdur: oğlanları Mark, İvan və qızları Sofiya, Aleksandra və Yelena.
1892-ci ildə binada İ. Y. Fiviçin emalatxanası yerləşirdi. Sovet hakimiyyət illərində burada «Topolek» uşaq bağçası yerləşirdi. Hazırda pokratura yerləşir.
Qreçeskaya küçəsi ev 44 ünvanında yerləşən bina 42 nömrəli binaya nisbətdə daha geniş idi. Bina simmetrikdir. Attik elementləri müşahidə etmək mümkündür. Mərtəbələr arasında karnizlər yerləşir. Bina 1992-ci ilin noyabr ayının 18-də 301 saylı qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.