Laktasiya

Balalarını əmizdirən pişik.
Balalarını əmizdirən donuz.

Doğuşdan sonra demək olar ki, bütün dişi məməlilər süd vəzilərindən süd ifraz edərək balalarını qidalandırırlar. Bu dövrə laktasiya, ya da süd ifrazı dövrü deyilir. Əmizdirmə anaların balalarını südlə bəsləməsidir. Demək olar ki, bütün məməli növlərində süd məmə ucundan gəlir, lakin platipuslarda qarın altındakı dərialtı vəzilərdən ifraz olunur. Dyacopterus spadiceus yarasalarında isə laktasiya normal olaraq erkek fərdlərin funksiyasıdır.

Süd ifrazının və ya laktasiyanın üç mərhələsi mövcuddur:

  1. Mammogenez: Döşlərin böyüməsi və inkişafı;
  2. Laktogenez: Süd ifrazının başlanması;
  3. Qalaktopoez: Başlanmış süd ifrazının davamlılığıdır. Bu mərhələ prolaktin (PRL) və oksitosin tələb edir.

Qalaktoreya hormonal disbalans və ya qeyri-adi fizioloji stimullar nəticəsində bir çox məməli növünün erkək və ya dişilərində süd ifrazıdır.