Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi (2010), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2021), Bakı şəhəri Baş allerqoloqu. Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü.
Lalə Allahverdiyeva | |
---|---|
Allahverdiyeva Lalə İsmayıl qızı | |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | |
Tanınır | Bakı şəhəri Baş allerqoloqu |
Mükafatları |
1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib[1].
1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib
1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir.
2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur.
Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür. Jurnal allerqoloq, immunoloq, pediatr, pulmonoloq, dermatoloq, otorinolarinqoloq, ümumiyyətlə allerqologiya və immunologiya ilə maraqlanan bütün tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Azərbaycan, BMT ölkələrinin Allerqoloq, İmmunoloq və İmmunoreablitoloqlar, Avropa Akademiyasının Alleqoloq və klinik İmmunoloqlar, eləcə də Avropa Respirator elmi cəmiyyətinin Qızıl üzvüdür. 150-çox elmi məqalənin, 1 monoqrafiyanın, 3 dərs vəsaitinin, 10-dan çox metodik tövsiyələrin müəllifidir.
2006/2007-ci illərdə elmi nailiyyətlərinə görə Amerika Birləşmiş Ştatlarında “Who’s Who in Medicine and Healthcare” kitabının altıncı nəşrinə daxil edilmişdir[2].
2011-ci ildə tibb sahəsində böyük nailiyyətlərinə görə Kembric Universitetinin “THE CAMBRIDGE CERTIFICATE for Outstanding Medical Achiviment” sertifikatı ilə təltif olunub.
Azərbaycanda və xaricdə (Fransa, İngiltərə, İspaniya, Almaniya, İtaliya, Avstrya, Hollandiya, BƏƏ, Türkiyə, Misir Ərəb Respublikası, İsrail, Rusiya, Gürcüstan, Özbəkistan və s. ölkələrdə) keçirilən beynalxalq konfanslarda, simpoziumlarda və konqreslərdə dəfələrlə iştirak və məruzələrlə çıxış edib.
Professor Lalə Allahverdiyeva Azərbaycanın Nümayəndə heyəti tərkibində 27-30 aprel tarixlərində Böyük Britanianın paytaxtı London şəhərində təşkil olunan və dünya şöhrətli alim, professor Alian De Week-in mərhum xatirəsinə həsr olunmuş beybəlxalq VI Dünya Astma, Allergiya və Xroniki Obstruktiv Bronx-Ağciyər Xəstəlikləri formunda iştirak etmişdir. Forumda dünyanın 72 ölkəsindən nümayəndələr iştirak edirdilər. Professor Lalə Allahverdiyeva və onun dissertantı həkim-allerqoloq G. Məmmədova tərəfindən bu foruma təqdim etdiyi məruzələri birinci yerə layiq görüldü (ən yaxşı poster məruzəsinə görə).
Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür. Jurnal allerqoloq, immunoloq, pediatr, pulmonoloq, dermatoloq, otorinolarinqoloq, ümumiyyətlə allerqologiya və immunologiya ilə maraqlanan bütün tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir, respublika Qadınar cəmiyyətinin üzvüdür. Lalə Allahverdiyeva haqqında "Azərbaycan qadınları" ensiklopediyasında məlumat verilib.
1. Respirator patologiyalı uşaq və yeniyetmələrdə patogenez və müalicınin bə`zi aspektləri. "Immunologiya", cild 27, №1,2006.
2. Allergik xəstəlikləri olan uşaqlarda erius (dezloratadinin) məhlulun effektliyi. Professor Rafiq Əskərovun 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2008.
3. Uşaqlarda allergik rinitlərin kombinə olunmuş müalicəsi. Tibbi reabilitasiya və İmmunoreabilitasiya XIII Beynalxalq konqress və Astma üzrə Dünya Forumu Dubay, 26-29 Aprel, 2008
4. Uşaqların bronxial astma patogenezində neyropeptidlərin rolu. "Immunologiya" №5,2008.
5. Uşaqlarda bronxial astmanın inkişafı e`timalı. Azərbaycan Tibb Jurnalı. 2008, №1
6. Azərbaycan uşaqlarında bronxial astmanın profilaktik tədbirləri və müalicəsi. Milli proqram. Bakı, 2008
7. Uşaqlarda respirator allergiya. Monoqrafiya. Bakı, 2008
8. "Uşaq xəstəlikləri" IV-V-VI kurslar tələbələri üçün dərslik. Bakı, 2006, 2008.
9. Bronxial astmalı uşaqların həyat keyfiyyəti. "Saglamliq" Jurnalı. 2009, №1.
10. Uşaqlarda bronxial astma» tədris-metodiki vəsait. Bakı, 2010.
11. "Kliniki allerqologiya və immunologiya" dərsliyi 2010-da nəşr olunub, 2011-də ikinci nəşri, işlənmiş və tamamlanmış, buraxılıb. 283 səhifə. Prof Allahverdiyeva L.İ.-nin redaktəsi ilə.
12. «Övrə və Kvinke ödemi»- tədris-metodiki vəsait, 47 səh. Bakı, 2011.
13. About differensial diagnosis bronchial asthma and COPD. Agayeva A.K., Allahverdiyeva L.İ., Gasimova L.E. Asthma & COPD Forum. Paris, France, April 30-May 5, 2011
14. Иммунные нарушения у детей с атопической бронхиальной астмой. Эюбова А., А., Аллахвердиева Л.И., Ахмедова Г.П. АМУ. Sağlamlıq, 2011, №1., 86-90
15. Atopik bronxial astmalı uşaqlarda immunoriks preparatı ilə immunomodulyaedici terapiya. Əyyubova A,, Allahverdiyeva L.İ., Əhmədova.Gş IV World Asthma & COPD Forum. Paris, France, April 30-May 5, 2011.
16. «Влияние иммуномодулирующей терапии на показатели иммунитета и апоптоз у детей с атопической бронхиальной астмой». Аллахвердиева Л.И., Эюбова А., А., Ахмедова Г.П. АМУ. Иммунология, том 32, №3, с. 160-163. изд-во «Медицина», 2011.
17. Uşaqlarda allergik xəstəliklər". (ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri seriyası) L.İ. Allahverdiyeva. Bakı, 2012, 244 səhifə.
18. Qida allergiyası" tədris-metodiki vəsait, L.İ. Allahverdiyeva., Ş.Y. İsrafilova, S.N. Axundov. Bakı, 2012.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |