Bəxtiyarova Lalə Bahadur qızı -
Lalə Bəxtiyarova | |
---|---|
Bəxtiyarova Lalə Bahadur qızı | |
Vətəndaşlığı | Azərbaycan |
Bəxtiyarova Lalə Bahadur qızı 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Klinik ordinaturadan sonra 1992-ci ildə Əziz Liyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasında assistent kimi fəaliyyətə başlamışdır.
1994-cü ildə “müxtəlif formalı revmatik” mənşəli böyrək zədələnməsinin parsial funksiyalarının öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən nefrologiya kafedrasının dosentidir.
Nefrologiyanın aktual məsələlərin həsr olunmuş 40-dan çox elmi məqaləsi vardır: böyrək və hamiləlik, diabetik və urat nefropatiya, tez proqressivləşən qlomerulonefrit və s.
2000-ci ildən aprobasion seminarın elmi katibidir. 2006-ci ildən Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibidir.