Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır.
Lalə Yusifova | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Lalə Yusifova | |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | ||||||||||||||||||||||
İdman növü | Bədii Gimnastika | ||||||||||||||||||||||
Karyera illəri | 2014-cü ildə bitirib | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib.
2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb.[2]
2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.[3]
2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub.
2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.