Laminar hərəkət (lat. lamina-lövhəli və hərəkət)- mayenin və ya qazın (o cümlədən, havanın) axın istiqamətində paralel laylar şəklində nizamlanmış hərəkətinə deyilir.Laminar hərəkətdə axın sürəti laydan-laya keçdikcə molekulyar qatılıq (kəsafətlik) ilə əlaqədar tədricən və fasiləsiz dəyişir. Laminar hərəkət axın sürəti kiçik olduqda müşahidə edilir. Məs: düzənlik çaylarda, kanallarda.[1]