Lamiyyə Ələkbərova

Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən “Mədəniyyət” televiziya kanalının direktor müavini (2018),[1] rejissor, teleaparıcı.

Lamiyyə Ələkbərova
Lamiyyə Ələkbər qızı Ələkbərova
bayraq
Mədəniyyət televiziya kanalının direktor müavini
bayraq2
Vəzifədədir
2018-ci ildən
bayraq
İTV-də departament direktoru
bayraq2
2017 – 2018
bayraq
Lider TV-də baş rejissor, teleaparıcı, direktor müavini
bayraq2
2006 – 2017
bayraq
AzTV-də teleaparıcı, rejissor
bayraq2
1995 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ

Həyatı[redaktə | mənbəni redaktə et]

Təhsili[redaktə | mənbəni redaktə et]

Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub. 1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır.[2]

AzTV[redaktə | mənbəni redaktə et]

1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.

Lider TV[redaktə | mənbəni redaktə et]

2006-cı ildən 2017-ci illərə qədər Lider televiziyasında baş rejissor, teleaparıcı və Lider televiziyasının direktor müavini vəzifələrində çalışmışdır. 2006-2019-cu illərdə həyat tərzi, super stil, dəbdən-dəbə kimi verilişlərinin müəllifi və aparıcısı olub. Bununla yanaşı Lider televiziyasında 2015-ci il olimpiya oyunlarının aparıcısı olub.

İTV[redaktə | mənbəni redaktə et]

2017-2018-ci illərdə İctimai televiziyada (İTV) Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində çalışıb.

Mədəniyyət TV[redaktə | mənbəni redaktə et]

2018-ci ildən isə Azərbaycan Televiziyasının (AZTV) Mədəniyyət kanalında direktor müavini vəzifəsində çalışır.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 oğlu var.[4]

Uğurları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AzTv-də "Anşlaq" olacaq". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  2. "Lider TV-nin efirində yayımlanan "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərovanın Milli.Az xəbər portalına müsahibəsi". 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  3. "Lamiyə Ələkbərovaya yeni vəzifə verilməsi xəbəri doğrudurmu? - Rəsmi açıqlama". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  4. "Lamiyə Ələkbərova: "Oğlanlarıma demişəm ki, kişi öpüşməz" - FOTO". 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  5. "Elçin Quliyev tanınmış aparıcını təltif etdi". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.