Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir.
Lansetəbənzər sorucu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes. ???: Lansetəbənzər sorucu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır. Toxumluğun arxasında dişi cinsiyyət orqanı olan kiçik yumurtalıq, Melis cisimciyi, toxumqəbuledici orqan və bədənin yan tərəflərində orta nahiyədə sarılıqlar yerləşir. Balalıq bədənin bütün orta və arxa hissəsini tutur. Qarın sormacının Önündə və bağırsaq şaxəsi-nin arxasında cinsiyyət dəliyi vardır. Yumurta 38-45x22-30 mkm, oval və asimmetrik, qabığı isə qalın və hamardır. Yumurta rəngləndikdə sarı və tünd-qonur rəngdə olub, bir tərəfində kiçik qapaqcıq vardır.
Parazitin inkişaf dövriyyəsində əsas sahib müxtəlif məməli heyvanlar (qoyun, keçi, donuz, öküz, dovşan) və insan, birinci aralıq sahib quru ilbizi, ikinci aralıq sahib qarışqadır. Birinci aralıq sahibi aşağıdakı ilbizlər (Helicella ericetorum, H. candidula, Theba carthustiana, Zebrina detrita), ikinci aralıq sahib isə Formica cinsinə aid 4 növ qarışqadır. Cinsi yetişkənliyə çatmış sorucu yumurtaların əsas sahibin öd yollarına, öd kisəsinə tökür. Yumurtalar Ödlə birlikdə onikibarmaq bağırsağa, oradan isə nəcis vasitəsilə xaricə düşür. Digər sorucu qurdlardan fərqli olaraq, lansetəbənzər sorucunun inkişafı ancaq quru mühitdə gedir. Daxilində mirasidisi formalaşmış yumurta birinci aralıq sahib olan quru ilbizləri tərəfindən udulur. Udulmuş yumurta ilbizin qida borusunda ikən içərisindən mirasidi xaric edir. Çıxmış mirasidi ilbizin bağırsaq divarından keçib həzm vəzilərinə daxil olur və orada şaxələnmiş formada olan sporosistaya çevrilir. Ana sporosistadan qız sporosistalar inkişaf edir. Molyusk yoluxandan 4-5 gün sonra qız sporosistada serkari forma-laşır. Serkarilər hərəkət edərək ilbizin ağciyər boşluğuna keçir. 100-400 fərd bir-birinə yapışaraq yumaqşəkilli sista topası və ya selikli kürə əmələ gətirir. İlbizin tənəffüs hərəkətləri zamanı bu kürələr ağciyər dəliyi ilə xaricə basılaraq otun üzərinə düşür. Kürənin xarici qatını örtən selik mühitin təsirindən quruyub sıxlaşır. Kürənin daxili divarında olan selik hesabına serkari, uzun müddət öz həyatilik qabiliyyətini saxlayır. Otların arasında daim təsadüf edilən Formika cinsindən ikinci aralıq sahib olan qarışqa bu serkari topasını udduqdan sonra bağırsağında selikli kürədən çıxmış serkarilər bədən boşluğuna keçir və sistalaşır, metaserkariyə çevrilir. Serkarilərdən biri metaserkariyə çevrilmir. Məhz bu serkari hərəkət edərək aktiv halda qarışqanın baş sinir düyününə daxil olur. Bu zaman qarışqa hərəkətini itirərək ağız aparatı vasitəsilə otun yuxarı hissəsindən yapışaraq asılı halda qalır. Axırıncı sahib qoyun və digər otyeyən heyvanlar otla birlikdə qarışqanı udduqda, həzm fermentlərinin təsiri nəticəsində örtükdən azad olmuş metaserkarilər sahibin bağırsağından bağırsaq venasına, oradan qaraciyərin qapı venası vasitəsilə öd yollarına, sonra isə qaraciyərə keçir. İnsanda bu xəstəlik çox az hallarda təsadüf edilir. Nəcisin analizi yumurtada dikroselliozun olmasına tam sübut ola bilməz. Belə ki, insan dikrosellioza tutulmuş heyvanın qaraciyərindən istifadə etdikdə tranzit yumurtaları qəbul edə bilər. Dəqiqlik üçün vaxtaşırı təkrar analiz aparmaq lazımdır.
C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.