Laos Kral Hökuməti — 1947-ci ildən 1975-ci ilin dekabrına qədər Laos krallığında hakim orqan. 1975-ci ildə kommunistlər hakimiyyəti ələ keçirmiş və Laos Xalq Demokratik Respublikası elan edilmişdir.[1] 1953-cü il Fransa–Laos müqaviləsi Laosa tam müstəqillik vermiş, lakin sonrakı illər şahzadə Suvanna Fumanın rəhbərliyindəki bitərəflər, şahzadə Bun Umun rəhbərliyindəki sağçılar və Sufanuvonq rəhbərliyindəki solçu Laos Vətənpərvər Cəbhəsi arasında rəqabətlə yadda qalmışdı. Bu dövrdə koalisiya hökumətlərinin qurulması üçün bir sıra uğursuz cəhdlər edilmişdir.[2]