Laosun neytrallığı haqqında beynəlxalq müqavilə

Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə.

Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük BritaniyaAmerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Czyzak, John J.; Salans, Carl F. "The International Conference on the Settlement of the Laotian Question and the Geneva Agreements of 1962". The American Journal of International Law. 57 (2). 1963-01-01: 300–317. doi:10.2307/2195983. JSTOR 2195983.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]