Laqodex acıçiçəyi — Az öyrənilmiş nadir endemik növdür.
Quba rayonunun Xınalıq kəndi, Zaqatala rayonu Talaçay yatağında. Azərbaycandan kənarda – Dağıstan və Gürcüstan.
Alp qurşağında, qayaların rütubətli sahələri.
Az yerdə bitdiyi üçün ehtiyatı azdır.
Toxumla çoxalır.
Çiçəyinə görə buket və herbari üçün çox yığılması.
Məlumat yoxdur.
Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.
Növün yığılmasını qadağan etmək, ciddi surətdə qorumaq üçün xarakter sahələri ayırmaq lazımdır.