Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb.
Las-Veqas Strip gülləbaranı | |
---|---|
Hücum yeri |
Las-Veqas Strip, Paradays, Nevada, ABŞ 36°05′43″ şm. e. 115°10′18″ q. u.HGYO |
Vaxt |
1 oktyabr, 2017-ci il təx. 22:08 / UTC−07:00 |
Hücum üsulu | Odlu silahla kütləvi qətl |
Silah |
Daniel Defense DDM4[1] |
Həlak olanlar | 59 (hadisəni törədən də daxil olmaqla) |
Yaralılar | 489 |
Qatil sayı | 1 |
Qatillər | Stiven Kreyq Peddok |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.