Latvenerqo

Latvenerqo (latış. Latvenergo‎) — Latviya dövlət enerji şirkəti, ölkənin elektrik enerjisinin təxminən 70%-nı istehsal edir.[2] Həm müəssisələr, həm də respublika sakinləri üçün elektrik enerjini təchiz edir.

Latvenerqo
latış. Latvenergo
Ümumi məlumatlar
Sənaye Elektrik enerjisinin istehsalı və paylanması
Təsis tarixi 1958, 8 oktyabr 1991
Baş qərargahın yeri Riqa, Latviya
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 3.474.032.000 € (2023)[1]
Ümumi gəliri
  • 1.397.179.000 € (2023)[1]
Xalis mənfəəti
  • 331.561.000 € (2023)[1]
Struktur
İşçi sayı 4517 (2010-cu il),
1428 (2013-cü il)
latvenergo.lv

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Latviya SSR dövründə yaradıldı.

Latvenerqonun tərkibinə aşağdakilar daxildir:

Latvenerqo, Latvijas elektriskie tīkli adlı elektrik təchizatı şirkətinin ana şirkətidir, bölüşdürücü sistemi isə Latvenerqo şirkətinin keçmiş törəməsi olan Augstsprieguma tkkls tərəfindən idarə olunur.

Latvenerqo eyni zamanda təsis olunmuş elektrik gücü 12 MW və istilik gücü 427 MW olan Liepājas enerasija şirkətinin şərikidir.

1979–1987-ci illərdə Latvenerqo Dauqavpils su-elektrik stansiyasının tikintisində iştirak etmişdir. Bu layihə hazırda dayandırılıb; .irkət rəhbərliyi, Latvenerqonun bu su-elektrik stansiyasının tikintisi ideyasına qayıtmayacağını bildirdi, çünki onun inşası Belarus Respublikasının ərazisinə keçir.

  1. 1 2 3 https://info.ur.gov.lv/#/legal-entity/40003032949.
  2. Latvenergo Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine (rus.)
  3. "Архивированная копия" (PDF). 2017-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]