Laurensiana kitabxanası

Mediçi Lorenso Kitabxanası, Laurensiana Kitabxanası (lat. Biblioteca Medicea Laurenziana) — əlyazmaları ilə məşhur olan İtaliyanın dövlət kitabxanasıdır. Florensiyada yerləşir. 11000-dən çox əlyazma və 4500 qədim çap olunmuş kitab saxlanılır. Kitabxana Mediçilərin hakimiyyəti dövründə yaradılmışdır. Kitabxana 1571-ci ildə açılmışdır. Kitabxana Laurenziana adını babası Qoca Kozimo Medicinin kitabxanasını əhəmiyyətli dərəcədə zənginləşdirən Möhtəşəm Lorenso Mediçi şərəfinə almışdır[3].

Laurensiana kitabxanası
Biblioteca Medicea Laurenziana
Xəritə
Ümumi məlumatlar
Növü kitabxana
Memarlıq üslubu İntibah memarlığı
Ölkə
Koordinatlar 43°46′28″ şm. e. 11°15′16″ ş. u.
Şərəfinə adlandırılıb Mediçilər, San-Lorentso bazilikası[d]
Dizayn və konstruksiya
Memar Mikelancelo
Veb-sayt
bmlonline.it
bml.firenze.sbn.it
bml.firenze.sbn.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kitabxananın xarici görünüşü
Kitabxananın vestibülünün pilləkəni. 1555—1571. Mikelanjelo tərəfindən hazırlanmış B. Ammanati
Kitabxananın oxu zalının interyeri

Kolleksiyanın yığılma tarixi[redaktə | mənbəni redaktə et]

Qoca Kosimo Medici 1444-cü ildə özünün geniş əlyazma kolleksiyasından ev kitabxanası qurdu. 1437-ci ildə dostu, humanist və bibliofil, qədim əlyazmalara düşkün olan Nikolo Nikkolinin ölümündən sonra Kosimo onun kolleksiyasını miras aldı və onu qismən San-Marko monastırına verdi. 1497-ci ildə Mediçilər Florensiyadan qovulduqda kitabxana Sinoriyanın mülkiyyətinə keçdi və San-Marko monastırına göndərildi. 1512-ci ildə Florensiyaya qayıtdıqdan sonra Mediçilər şəhərdə öz hakimiyyətlərini bərpa etdilər, həmçinin kitab, əlyazmalar və sənət əsərləri kolleksiyalarını geri aldılar.

Binanın tarixi[redaktə | mənbəni redaktə et]

Kitabxananın adını qoyan I Möhtəşəm Lorensonun qardaşı oğlu Julio de Mediçi (1478-1534) 1523-cü ildə VII Klemens adı ilə papa oldu. 1524-cü ildə o, Mikelancelo Buonarrotiyə ailə kitabxanası üçün bina tikməyi tapşırır. Tikinti 1525-ci ildə başlayır. Lakin 1534-cü ildə Mikelancelo Florensiyanı tərk edərkən yalnız oxu zalının divarları tamamlanmışdı. Nikkolo Tribolo, Corco Vazari və Bartolomeo Ammanati Mikelancelonun planları və şifahi göstərişləri əsasında iş davam etdirdilər. Kitabxana 1571-ci ildə açıldı.

Laurenzian Kitabxanası Mikelancelonun ən mühüm memarlıq nailiyyətlərindən biridir. Hətta müasirləri də dərk edirdilər ki, bu layihədəki yeniliklər o dövrün memarlıq fikrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. 1 2 Sistema Cultura. 2015.
  3. Medicean-Laurentian Library. Encyclopædia Britannica, 2007
  4. Lotz W., Howard D. Architecture in Italy. 1500—1600. — New Haven: Yale University Press, 1995. — Рp. 91—94