Lavər keçidi döyüşü

Lavər keçidi döyüşü — 1455-ci ildə Qaraqoyunlular ilə Teymurilər dövləti arasında baş vermişdir. Əbu'l Fəth Pirbudaq Teymuri ordusunu Kirman şəhəri yaxınlığında məğlub etmişdir.

Kirman döyüşü
Yeri Kirman şəhəri
Səbəbi Cahanşahın İran yürüşləri.
Nəticəsi

Qaraqoyunlu qələbəsi

Münaqişə tərəfləri

Qaraqoyunlu dövləti

Teymurilər dövləti

Komandan(lar)

Pirbudaq xan

Mirzə Səncər

İtkilər

yüngül

3.000 öldürüldü[1]

Sircana çatdıqda kəndlərin və ətraf yerlərin qarət edilməsini əmr etdi. Qoşun çaxnaşma atəşini yan- dırdı. Qanaşirin oğlu Yar Əhmədin mətanət qalasının hasarına və bünövrəsinə qorxu-hürkü mancanağı zərbə vurdu. Xof oxlarının yağışı onun səbir və dözüm qalxanını para-para etdi. Acizlik və zəifliklə öz əhvalını Pirbudağa məruzə etdi, fərmana boyun əyəcəyini və tabe olacağını izhar edib itaət başını aşağı endirdi. Amma belə ərz etdi ki, Səncər mirzənin işi bitdikdən sonra təxirə salmadan kəfən və qılıncla təqsirinin üzrünü istəmək üçün ən yaxşı sığınacaq yeri olan fələk misallı astanaya gələcəkdir. Mirzə Pirbudaq onun vədini və ismarışını nəvazişlə qəbul edib, oradan köç edərək Kirman ətrafında dayandı. Şəhər daruğası Şeyx Cəlaləddin də Yar Əhməd etdiyi kimi edərək şəhəri eyni şərtlə təslim edəcəyini bildirdi. Mirzə Pirbudaq bir neçə gün istirahət etmək, yorğunluğunu çıxarmaq, dəvələrin və atların rahatlanması üçün [orada] qaldı və bu səbəbdən Kirmanın ətrafında çoxlu dağıntılar törədildi.[2]

Kirman əhli Eyyub kimi fitnə-fəsad qurdlarına yem və türkman dəstələrinin xofundan təpikaltı olub, arzuolunmaz bir vəziyyətə düşdü. Bu halda Səncər mirzə Lavər keçidində idi. O, özünü orada möhkəmlətmiş, yüklərini, mallarını və ailəsini dağda gizlətmiş, xəndək qazdırmışdı. Səncər mirzə at və silah hazırlayaraq döyüşə hazır vəziyyətə gəlmişdi. Səflərin qarşılaşması və qılıncların sıyrılması vaxtı yaxınlaşdıqda, Mirzə Pirbudaq Mirzə Pirbudağın mətanət ayağını titrəmə tutdu. Pirqulu Kükəltaş onu fərar yönündən qətiyyət tərəfinə dəvət etdi. Çevik və cəsur cavanlardan olan Əli Həkkak İsfahani piyada dəstəsini tərtib edib hazırlayaraq cağatayların ailələrinin və yüklərinin pənah yeri olan dağın belinə üz qoydu. O, onların ailələrinin olduğu yerə gəlib, soyğun və qarət etməyə başlayaraq döyüşçülərin arasına vəlvələ və zəlzələ saldı. Hərb əhli öz ailələrinə sahib çıxmaq və mallarını qorumaq üçün yubanmadan və ləngimədən öz ailələrinin olduğu yerə qayıtdılar.

Həsən bəy rumlu döyüş haqqında bunları söyləmişdir

“Savaş tozanağından günəşin gözü tozla doldu, Kosun səs-küyündən Keyvanın başı fəğanla doldu. At üzərindəki sərxoşun əli kimi lərzəyə gəldilər, İş görmüş mərdlər və iş bacaran igidlər. Parçalanmış nara döndü dikbaşların ürəyi qılıncla, O üzdən meydanın xırda daşları nar dənələrinə döndü. İgidlərin çöhrəsinə baxsan güman edərsən ki, Yəməni qılınc qan tökməyə hamilədir”

Türkmanlar qələbə çalıb onları pərişan etdilər.[3] Səncər mirzə canını xilas edib qaçdı.[4]

Bu olanlardan sonra Kirman Pirbudağın əlinə keçdi.

  1. Muhsin Behrâmnejâd,Karakoyunlular Akkoyunlular,s.54
  2. Həsən-î Rumlu,Əhsənüt təvarix s.198
  3. İsmail Aka,İran'da Türkmen Hakimiyyeti,s.46
  4. Həsən-î Rumlu,Əhsənüt Təvarix s.199

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]