Lavrov buxtası

Lavrov buxtası — Berinq dənizinə daxil olan Olyutorski körfəzinin şimal-qərbində yerləşir. İnzibati baxımından Kamçatka diyarının Olyutorki rayonu ərazisinə daxildir. Qoven yarımadası ərazisində yerləşir. Lavrov buxtası Koryak qoruğunun üç əsas bölgəsindən biridir[1].

Lavrov buxtası
rus. Бухта Лаврова
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Orta dərinliyi 20-30 m
Yerləşməsi
60°21′44″ şm. e. 167°05′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Lavrov buxtası xəritədə
Lavrov buxtası
Lavrov buxtası
Lavrov buxtası xəritədə
Lavrov buxtası
Lavrov buxtası

Jujnaya qlubokaya buxtasından 16 km çimal-qərbdə yerləşir. Koryak öndağlığı, Pılqinski silsiləsi ətrafından keçir. Bu bazımından bir fiorddur. Buxtanın uzunluğu 11 km-dir. Ən enli hissəsdə eni 6,5 km, yuxarılarda isə 1 km qədər azalır. Yuxarı hissədə qumlu dillər iki kiçik buxta əmmələ gətir:Vestovuya və Ostobuya.

Buxtaya dövrü olaraq balina və Osalar gəlir. Bəzi hallarda səyahət edən gəmilərin buxtyaya girməsi belə olur. Koryak qoruğu rəhbərliyi turistlərin qısa müddətə də olsa bura girməsinə icazə verir. Sahildən bir qədər aralıda İlır-Qıtxın və Potat-Qıtxın gölləri vardır. bu göllər təbiıət abidəsi elan edilmişdir.

1885-ci ildə rus dənizçisi Fridolf Qek buxtanı təsvir etmişdir. Qekin səyahətə «Sibir» gəmisində çıxmışdır. O buxtanı Vladivastok kontr admirallarından biri olan Vasiliy Lavrovun şərəfinə adlandırmışdır.

Buxta SSRİ məkanında seldi balığının əsas ovlanma ərazisi idi. Bu blıqların ovlanması və emalı əsasən Lavrov və Yujnaya Qlubokaya buxtasında həyata keşirilirdi. Artıq XX əsrin 50-ci illərində refriojerator gəmilər istifadəyə verilmişdir.Artıq bu gəmilər bir balıq sənayesi bazası rolunu oynayırdı. Təkcə «Komsomoles Arktiki» gəmisi sutka ərzində 100 balıq ovlaya bilirdi. 1960-cı illərin əvvələrində buxtada olan bazada 9,6 min ton balıq və 1.8 ton az duzlu məhsulu saxlamaq üçün anbarlar vardı. 1961-cio ildə zavod 24 ton məhsul istehsal etmişdir. 1960-cı illərin ortalarında baza modernləşdirilmiş və genişləndirilmişdir.

1960-cı ildə komsomol gənclər buxta sahilində Dyujnı qəsəbəsini salmışlar. 1975-coi ildə bu balıqların ovuna qoyulan qadağadan sonra qəssəbə tərk edilmişdir.

Gəmi qəzaları

[redaktə | mənbəni redaktə et]

Buxta sahilləri qayalıdır. Ərazisində su altı daşlar vardır. Bu səbəbdən gəmilər buxtada onların üzərinə otururdu. 19 oktyabr 1957-ci ildə buxtada СРТ-626 gəmisi qayalartın üzərinə oturmuşdur. Gəmini burada da qomalı olmuşdular. 1960-cı ildə isə yelkən-motorlu «Ustrisa» şunu dayazlığa oturmuşdur. 26 oktyabr 1965-ciu ildə «Sentavr» qayalrın arasında qalmışdır. Onu qayalardan çəkərək çıxara bilsələr də, 2 km darrtmadan sonra gəmi batmışdır. 1978-ci ildə isə «Kreçet» gəmisi daşların üzərinə oturmuşdur. Bu gəmi bu günda buxtadadır və turistlərin marağıına səbəb olur[2][3].

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

Lavrov buxtasına kamçatkalı jurnalist, yazıçı və şair Q.Srunaçyova-Otroka Бухте «Lavrov buxtasına» adlı Şeir yazmışdır.

  1. Корякский заповедник Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine на сайте «ООПТ России»
  2. См. фото к статье Жестков В. - Бухта Лаврова: глядеть — не наглядеться
  3. "Аварии и катастрофы судов рыбной промышленности СССР". 2018-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.