Laz milliyətçiliyi

Laz milliyətçiliyilazların bir millət olduğuna inanan və laz kimliyini təbliğ edən millətçiliyin forması.[1] Hərəkat iddia edir ki, laz xalqı müstəqil bir millətdir, türklərdən fərqlidir və başqa bir kartvel xalqı olan gürcülərlə qohumdur.[2][3] Bir çoxları Lazistanın (Lazeti də adlanır) müstəqilliyini müdafiə edir və buna görə məhkəmədə mühakimə olunmuşdur.[4]

Kürd milliyətçiliyi kimi laz milliyətçiliyi də dolayı yolla laz mədəniyyətini qadağan edən, laz şəhər adlarını dəyişdirən, laz dilini qadağan edən, lazları hökumətin müəyyən etdiyi yerlərdə məskunlaşdıran türk milliyətçiliyinətürkləşdirmə siyasətlərinə reaksiya olaraq ortaya çıxmışdır.[5] Lazların bir etnik qrup olaraq mövcudluğu türk milliyətçiləri tərəfindən də inkar edilirdi.[6] 1993-cü ildə lazların kartvel xalqı olduğunu iddia edən "Lazların tarixi" adlı kitab milliyətçi hissləri gücləndirmişdir.[3]

  1. "'Lazca eğitim istiyorum'". Milliyet (türk). 17 June 2002. 13 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2022.
  2. "Laz kimliği üzerine". 21 February 2017 tarixində arxivləşdirilib.
  3. 1 2 Zeki Sarıgil. "Ethnic Groups at 'Critical Junctures': The Laz vs. Kurds" (PDF). yoksis.bilkent.edu.tr. March 2012. 20 March 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 July 2022.
  4. "Uncire, Laz edebiyatını okuyucu ile buluşturacak". 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
  5. "İskan Kanunu". Resmi Gazete. 21 June 1934. İstifadə tarixi: 13 July 2022.
  6. "Laz Language in 100th year of the Republic". bianet.org (ingilis). 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.