Lazer impuls analizi

Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir.

Yuksək sürətli lazer flaş metodu

[redaktə | mənbəni redaktə et]

(nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər. Əks etmə əmsalı zamanla müqayisədə ölçülür və əldə edilən məlumatlar istilik xüsusiyyətlərinə uyğun olan model ilə əlaqələndirilə bilər.

Sabitləşməmiş rejimdə olan termiki əks etdirmə metodu

[redaktə | mənbəni redaktə et]

(Ön isitmə — ön deteksiya) Ölçmə həndəsi "ön isitmə — ön deteksiya" adlanır, çünki detektor və lazer nümunənin bir tərəfində yerləşir. Bu metod qeyri-şəffaf altlıqlarda nazik təbəqələr üçün istifadə oluna bilər, bunun üçün RF üsulu uyğun deyil.

  • Gavin D. Reid, Klaas Wynne "Ultra-fast Lazer Technology and Spectroscopy", Encyclopedia of Analytical Chemistry, Johu Willy&Sous Ltd, Chichester, 2000.
  • Й.Херман, Б.Вильгеми "Лазеры сверхкоротких световых импульсов" М.Мир 1986.
  • П.Г.Крюков "Лазеры ультракоротких импульсов". Квантовая электроника, 31, № 2 (2001), с.95.