Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Leş milçəkləri lat. Calliphoridae-Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər.
Leş milçəkləri | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər. Bığcıqları uzundur və lələkşəkillidir. Sürfələri heyvan cəmdəklərində, ət tullantılarında, nəcisdə və s. inkişaf edir. Az bir qisim növləri məməlilərdə, bəziləri də həşərat və başqa onurğasız heyvanlarda parazitlik edir. Leş milçəklərinin insanların yaşadığı yerlərlə əlaqəli olan və epidemioloji əhəmiyyəti olan növləri də vardır. Bu milçəklər xəstəlik törədən mikrobları və parazir qurdların yumurtalarını yaymaqda mühüm rol oynayır. Calliphora və Lucilia cinslərinin bəzi növləri isə heyvanların açıq yaralarına yumurtalarını qoymaqla heyvandarlığa böyük zərər verirlər.
Fəsilənin maraqlı növlərindən biri də qurbağayeyən növdür (Lucilia bufonivora). Bu növün inkişafı üçün mayalanmış dişi fərdlər qurbağa tərəfindən yeyilməlidir. Qurbağanın bağırsağında yetişmiş yumurtalardan sürfələr çıxır. Sürfələr sonra burun boşluğuna daxil olur və orada inkişaf edirlər. Tropik ölkələrdə leş milçəklərinin bəzi növlərinin torpaq döşəməyə qoyulmuş yumurtalarından çıxan sürfələri insan və heyvanların dərisinin altına keçə bilir, burada qidalanır və yaralar əmələ gətirirlər. Həşəratda, xsusilə, çəyirtkəkimilərin yumurta kisəsində parazitlik edənlərin xarakterik nümayəndəsi Stomorhina lunata F. növüdür.[1]
Fəsiləyə 900-ə qədər növ daxildir. Növləri müxtəlif iqlim şəraitinə uyğunlaşmışdır. Bununla belə əksəriyyəti tropik zonada geniş yayılmışdır.