Leksi Lü

Leksi Lü (çin. 刘柏辛; 21 dekabr 1998, Çansa) və ya əsl adı ilə Lü YuyuÇin müğənnisi, repçisi və mahnı yazarı.

Leksi Lü
çin. 刘柏辛
Ümumi məlumatlar
Doğum tarixi 21 dekabr 1998(1998-12-21) (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2016-cı ildən
Albom şirkəti 88rising
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015-ci ildə "K-pop ulduzu 5" müsabiqəsində iştirak etmiş və qrupu ilə birlikdə 4-cü yeri tutmuşdur. 2018-ci ilin iyulunda "Çin repi" verilişində 4-cü yerin qalibi olmuşdur. Bu uğurundan sonra solo karyeraya başlamışdır.[1] 2019-cu ilin fevralında "2030" adlı ilk mini-albomunu buraxmışdır.[2] "League of Legends" video oyununun K/DA musiqi qrupu üçün Serafin personajını bir neçə dəfə səsləndirmişdir.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Leksi Lü Çinin Çansa şəhərində anadan olmuş və orda böyümüşdür. 4 yaşında rəqs etməyi, 6 yaşında pianoda çalmağı öyrənib. 7-ci sinifdə beynəlxalq liseyə keçib. 12-ci sinifdə isə musiqi ilə məşğul olmaq üçün təhsilinə fasilə verib və Cənubi Koreyaya yollanıb. Cənubi Koreyada "Mazinga S" adlı musiqi kvarteti ilə "K-pop ulduzu 5" müsabiqəsinə qatılmış və 4-cü yeri tutmuşdur.[3]

Verilişdə iştirak edərkən Fordhem Universitetinə qəbul olunmuş, lakin musiqi karyerasına üstünlük vermişdir.

Karyera[redaktə | mənbəni redaktə et]

Lünün ilk orijinal sinqlı olan "Coco Made Me Do It" 2017-ci ilin yanvarında buraxılıb və 5 milyon baxış əldə edib. 2017-ci ilin fevralında ABŞ-də keçirilən SXSW musiqi festivalında iştirak edib.[4][5]

2018-ci ildə müğənni Li Yifen üçün "Role" mahnısını yazıb. İyul ayında "Mulan" mahnısı ilə "Çin repi" verilişinin finalına daxil olub və 4-cü yeri tutub. Müsabiqədə iştirak edərkən "88rising" leyblı ilə müqavilə imzalayıb.[6] Noyabr ayında "Sleep Away" adlı yeni mahnısını buraxıb və mahnı bəzi tənqidçilər tərəfindən çox bəyənilib. 18 dekabrda "Nada" adlı kiberpank tərzində sinql buraxıb.[7]

2019-cu ilin fevralında ABŞ-də "2030" adlı debüt mini-albomunu buraxıb. Alboma "Outta Time""Love and Run" kimi yeni sinqllar da daxil edilmişdir.[8] Sentyabr ayında "Ok, Ok, Ok" sinqlı, 27 dekabrda isə "Meta Ego" albomu buraxılıb.[9][10][11][12]

28 oktyabr 2020-ci ildə K/DA virtual musiqi qrupunun "More" mahnısında Serafin adlı personajı səsləndirib.[13] 2020-ci ildə Şanxayda keçirilən League of Legends üzrə Dünya çempionatında çıxış edib.[14]

28 yanvar 2021-ci ildə "Gone Gold" adlı yeni mini-albomunu buraxıb. Alboma "ALGTR" adlı yeni sinql da daxil edilmişdi.[15]

İctimaiyyətdə[redaktə | mənbəni redaktə et]

Leksi Lünün fərqli görünüşü dəb sənayesinin diqqətini cəlb etmişdir. O, Şərqi Asiyanın "Vogue me", "BAZAAR China", "Nylon Japan", "Nylon China" kimi nəşrlərində peyda olub.[16]

ABŞ dəb jurnalı "V" onu "Yeni Çin sənətçiləri nəsilinin üzü" adlandırmışdı.[17] Digər dəb və mədəniyyət jurnalı "Flaunt" Lünün "2030" albomunu tərifləmişdir.[18]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Albomun adı
2018 2029
2019 2030
2019 Meta Ego (無限意識)
2021 Gone Gold (上线了)

Mükafatlar[redaktə | mənbəni redaktə et]

İl Əsər Tədbir Müküfat Nəticə İst.
2021 "More" GANG mükafatı Ən yaxşı orijinal mahnı Qazandı [19]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 《中国新说唱》艾热夺冠 那吾克热惜败获亚军 Arxivləşdirilib 2018-12-15 at the Wayback Machine 2018-10-06 新浪娱乐
  2. 2030 by Lexie Liu (ingilis), 2019-04-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-02-14
  3. "Lexie Liu's Got Tricks, and Tracks You Need to Hear". PAPER (ingilis). 2019-01-21. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
  4. 劉昱妤國內首個 Hip-Hop 藝人登陸美國 SXSW Arxivləşdirilib 2021-09-06 at the Wayback Machine 2017-03-21 新岳陽 每日頭條
  5. 刘昱妤受邀献唱SXSW音乐节 系中国音乐人首次 Arxivləşdirilib 2021-09-06 at the Wayback Machine 2017-03-22 搜狐音乐
  6. Dunn, Frankie; Pressigny, Clementine de. "meet 88rising's newest signing: chinese r&b star lexie liu". I-D (ingilis). 2018-06-19. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
  7. Lexie Liu drops new visual for “Nada” via 88rising Arxivləşdirilib 2022-12-28 at the Wayback Machine 2018-12-18 The Hype Magazine
  8. Watch Lexie Liu Traverse a Pastel Dreamscape in Her Video for ‘Sleep Away’ Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine 2018-11-30 RollingstoneIndia
  9. 2030 by Lexie Liu (ingilis), 2019-04-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-02-14
  10. Nast, Condé. "Why Chinese Rapper Lexie Liu Is All About Having a Signature Minimalist Look". Allure (ingilis). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
  11. Ok, Ok, Ok - Single, 2020-04-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-09-06
  12. Meta Ego by Lexie Liu (ingilis), 2020-12-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-02-03
  13. Lara Lunardi. "K/DA ALL OUT EP to feature (G)-IDLE, Kim Petras, Madison Beer, Lexie Liu, TWICE, and more". Invenglobal. October 16, 2020. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2021.
  14. Huang, Zheping. "Tencent Bets Billions on Gamers With More Fans Than NBA Stars". Bloomberg News. April 7, 2021. April 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2021.
  15. Jake Newby. "Gone Gold: Lexie Liu On Her New Musical Direction and Having "the Courage to Reshape the Future"". Radii China. January 28, 2021. December 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2021.
  16. VOGUEme 中国新说唱 Arxivləşdirilib 2021-09-06 at the Wayback Machine 2018-09-01 VOGUEme
  17. LEXIE LIU RETURNS WITH “SLEEP AWAY” Arxivləşdirilib 2021-09-06 at the Wayback Machine 2018-11-30 V Magazine
  18. Q&A | LEXIE LIU Arxivləşdirilib 2021-01-31 at the Wayback Machine 2019-02-01 Flaunt Magazine
  19. Antonio Ferme. "G.A.N.G. Awards Winners: 'The Last of Us Part II' Leads With Eight Wins". Variety. April 28, 2021. June 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2021.