Leleqlər

Leleqlər ( yun. Λέλεγες, lat. Leleges) — yunan əfsanələrinə görə Balkan yarımadasının cənubunda, Egey dənizi adalarında və Kiçik Asiyada pelasqlarkariyalılarla birlikdə yaşamış qədim xalqlardan biri. Antik müəlliflərin fikrinə görə, leleqlər Boeotiya, Meqara, Lakoniya, Messeniya, Lokrida, Etoliya, Akarnaniya, SamosXios adalarında, həmçinin Troadaİoniyada yaşamışlar.

Dilçi alim Vitali Şevoroşkiyə görə, "leleq" adı ilə luvimənşəli hetlərin barbarları təyin etmək üçün istifadə etdikləri "Lulahhi" termini arasındakı əlaqə (Het dövründə “Lulahhi”nin cənub-şərqdə yaşaması faktı) var və o, ikisini Het dövlətinin qərbində yaşayan xalq kimi eyniləşdirməyə çalışır.[1] Leleqlərin paytaxtı Messeniyanın Andaniya şəhəri idi, erkən antik dövrdə tərk edilmiş və o vaxtdan bu günə qədər kiçik bir kənd olmuşdur.

  1. W. F. Albright. Yahweh and the Gods of Canaan: A Historical Analysis of Two Contrasting Faiths. Winona Lake, Indiana: Eisenbrowns. 1994. 86.