Lenin oğlanları

József Cserny və Lenin oğlanları
Tibor SzamuelyBela Kun (1 May 1919)

Lenin oğlanları (mac. Lenin-fiúk) — 1919-cu ildə qısamüddətli Macarıstan Sovet Respublikasını dəstəkləmək üçün yaradılmış olan Macarıstandakı qırmızı terrorda baş rol oynamış olan kommunist təşkilat.

Qrup dəri jaket geyinmiş təxminən 200 adamdan ibarət idi. Tibor Szamuely, hərbi komissar olanda, birliyin komandiri József Cserny olmuşdur. Lenin uşaqlarından kommunizm əleyhinə çıxış edənlərin səsini boğmaq üçün istifadə etmişdirlər.

Kommunist lider Bela Kun, uğursuz olmuş 1919-cu ilin iyun ayında baş tutmuş əks-inqilabi çevriliş cəhdindən sonra, Lenin oğlanlarının, müxalifətin aradan qaldırılması istiqamətində atılmış addımlarında qəddar ola bilmələrinə icazə vermişdir. Terrorun qurbanlarının sayında fərqliliklər mövcuddur. Albert Verinin (Albert Vary) 1922-ci ildə çap olunmuş “Macarıstanda Qızıl Terror Qurbanları” adlı kitabında, Tibor Szamuely və József Cserny rəhbərliyi altındakı dəstələr tərəfindən 590 adamın edam edildiyi bildirilmişdir.

Kommunistlər məğlub olurdular. Fransızların dəstəklədiyi Rumıniya ordusu 6 avqust 1919-cu ildə Macarıstana daxil olaraq Budapeşti kommunistlərdən təmizlədi. Bela Kun və dostları Sovet Rusiyasına qaçdılar. Miklós Horthynin əks-inqilabçı Macar qüvvələri ilə Budapeştə gəlməsi ilə, kommunistlərə qarşı ağ terror adı verilmiş qətliamlara başlanıldı. Lenin oğlanları bu terrorun əsas hədəfi olmuşdur.

Birliyin komandiri olan Cserny, 1919-cu ilin dekabr ayında yaxalandı, mühakimə olundu və edam edildi.[1]

  1. "Execute Joseph Cserny And 13 Other Reds; Commander of 'Lenin Boys' Pays Penalty of His Crimes at Budapest", The New York Times, December 23, 1919