Lenin zirvəsi

Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir.

Lenin zirvəsi
qırğ. Ленин Чокусу, tac. қуллаи Ленин
Sara-Moqol kəndindən Lenin zirvəsinin görünüşü, Alayski vadisi
Sara-Moqol kəndindən Lenin zirvəsinin görünüşü, Alayski vadisi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 7134[1]
Nisbi hündürlüyü 2790 m
İlk fəthi 1928 ( K.Vin, O.Allvayn, E.Şnayder)
Yerləşməsi
39°20′00″ şm. e. 72°52′00″ ş. u.
Ölkələr
Lenin zirvəsi xəritədə
Lenin zirvəsi
Lenin zirvəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır.

1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir. Qalxmalar baş verəndən sonra Stalin zirvəsi (hündürlüyü 7495 metr) Lenin zirvəsini hündürlüyü ilə geridə qoydu.

Zirvəyə birinci qalxan insanlar alman alpinistləri Karl Vin, Oyqenom Allvaynom və Ervin Şnayder olmuşdur. Onlar 1928-ci ildə zirvəni fəth etmişdilər. Hal-hazırda zirvəyə 16-dan çox alpinist marşrutu mövcuddur. Doqquz cənub meyli üzrə və yeddi şimal dairəsi üzrə. Amma şimal tərəfi vasitəsilə zirvə marşrutu klassik hesab edilir. Klassik marşrut hansısa bir xüsusi texniki hazırlıqları və böyük alpinist təcrübəsini tələb etmir. Lenin zirvəsi insanlar üçün əlçatan zirvələrdən hesab olunur.[2].

13 iyul 1990-cı ildə Lenin zirvəsindən nəhəng buzlaq qopdu. Uçqun alpinist dayanacağını məhv etdi. SSRİ dövründə bu hadisə alpinizmin tarixində ölənlərin sayı üzrə ən genişmiqyaslı faciə hesab olunurdu. Hadisə nəticəsində 43 insan həlak olmuşdur.[3][4]

4 iyul 2006-cı il Tacikistan hökumət qətnaməsiylə Lenin zirvəsinin adı Əbu Əli ibn Sina adı ilə dəyişdirilmişdir. Qırğızıstan ərazisində yerləşən zirvə hissəsi hələ də Lenin zirvəsi kimi adlanır.[5]

Lenin zirvəsindən tullanmalar[redaktə | mənbəni redaktə et]

27 iyul 1968-ci ildə Pamirin ən yüksək zirvələrindən birində tarixdə ilk dəfə dünya paraşüt idmanı üzrə yarış keçirildi. Həmin yarış Lenin zirvəsində (7134 metr) sovet paraşütçülərinin iştirakı ilə keçirilmişdir. Tullanmada 46 insan iştirak etmişdir: təcili xidmətdən 10 paraşütçü və 36 əsgər. Unikal aksiya elmi və texniki açılışların birləşməsinə səbəb oldu. Hərbçilərin həssaslıqla zirvədən aşağıya tullanmaları dünyada sensasiyaya səbəb olmuşdur. Ancaq faciələrlə də yadda qaldı. Dörd paraşütçü həlak oldu: başçı Vladimir Mekayev, adi əsgər Yuri Yumatov, serjant Valeri Qlaqolev, təlimatçı Vyaçeslav Tomar.[6]

35 ildən sonra 2003-cü ildə altı Rusiya desant paraşütçüsü Lenin zirvəsindən atladılar. Onların bu atlayışı uğurlu oldu.[7][8].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Peakbagger.com". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  2. "Пик Ленина. Восхождение на Пик Ленина". 2009-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  3. "Пик Ленина отпускает своих жертв". 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  4. "Такого не знал мировой альпинизм". 2017-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  5. Krasalp.ru[ölü keçid]
  6. "40 лет парашютному десанту на пик Ленина (1968)". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  7. "Прыжок к подножию смерти". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  8. "Охотники за адреналином 42 выпуск. Десант на пик Ленина". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Никитин В. «На штурм пика Ленина (записки участника правительственной экспедиции 1929 года)», Москва — Ленинград, ОГИЗ, 1931.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]