Lenkoran paroxodu (1845)

"Lenkoran" (rus. Ленкорань) Rusiya İmperiyası Xəzər donanmasının dəmir korpuslu təkərli paroxodudu. Adı Xəzər dənizinin cənub şəhəri Lənkəranla bağlıdır.

Lenkoran paroxodu

Paroxodun təsviri

[redaktə | mənbəni redaktə et]

Dəmir korpuslu təkərli paroxod. Gəminin uzunluğu 50,29 metr, eni 9,45 metr, suya oturma dərəcəsi 3,5 metr təşkil edir. Gəmiyə 100 at güclü buxar maşını quraşdırılıb.[1]

"Lenkoran" təkərli paroxodun əsası Hollandiyada qoyulub. Dağıdılmış şəkildə Həştərxana gətirilib, orada toplanmışdı və 1845-ci ilin oktyabrında suya buraxıldı.[1]

"Kura" və "Tarki" parxodları ilə birlikdə 1845-ci ildə Xəzər dənizində gəmiçiliyin əsasını qoyan ilk paroxodlardan idi.[2]

1855-ci ildə leytenant N.T, Yefimovun komandanlığı altında[3] Xəzər dənizinin şərq hissəsinin limanları üzrə hərəkət edirdi. Leytenant N.T, Yefimovun Novopetrovskda sürgün çəkən Taras Şevçenko ilə yaxşı tanışlıq əlaqələri vardır, rəssam gəminin heyət üzvləri ilə tez-tez ünsiyyətdə olurdu və öz işlərini onlara göstərirdi.

1860-cı ildə paroxod "Kavkaz və Merkuriy" cəmiyyətinə verildi.

  • Широкорад А. Б. 200 лет парусного флота России / Под ред. А. Б. Васильева. — 2-е изд. — М.: «Вече», 2007. — Т. 3. — 448 с. (rusca)
  • Чернышёв А. А. Российский парусный флот. Справочник. — М.: Воениздат. — (Корабли и суда Российского флота). (rusca)