Leonardo Benevolo (25 Sentyabr 1923 – 5 Yanvar 2017) — İtaliyalı memar, şəhər planlaşdırıcısı və memarlıq tarixçisi.[1][2] Benevolo İtaliyanın Orta San Culio şəhərində anadan olmuşdur.[1] Benevolo Romada arxitektura üzrə biliklərə yiyələnmiş və 1946-cı ildə oranı bitirmişdir. Sonradan Roma, Florensiya, Venesiya və Palermoda memarlıq tarixini öyrənmişdir.[3] Onun kitabı olan Storia dell'archittetura moderna (Müasir Memarlıq Tarixi) ilk dəfə 1960-cı ildə nəşr olunmuşdur. 1996-cı ilə qədər 18 dəfə yenidən nəşr olunmuş və 6 müxtəlif dilə tərcümə olunmuşdur.[3]