Leonidovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Bolşaya Sadovaya küçəsi 30/45 ünvanında yerləşir. Binada yazıçılar olan Aleksandr Arsenteviç Baxarev və Vitali Nikolayeviç Syomin yaşayıb-yaratmışdır. Bina XX əsrin əvvəllərində inşa edilmişdir.,
Leonidovun binası | |
---|---|
rus. Доходный дом А. А. Леонидова | |
47°13′07″ şm. e. 39°42′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Yerləşir | Bolşaya Sadovaya küçəsi (Rostov-na-Donu) |
Vikianbarda əlaqəli mediafayllar |
Leonidovun gəlirli binası Engels küçəsi (hazırkı Bolşoy Sadovaya küçəsi) və Xalturinski xiyabanının kəsişməsində (hazırkı Böyük Nikolaski xiyabanları) yerləşir. XX əsrin əvvəllərində inşa edilmişdir.
Binada yazıçı və jurnalist olan Aleksandr Arsenteviç Baxarev yaşayıb-yaratmışdır. Aleksandr Arsenteviç Baxarev ailəsi binanın üçüncü mərtəbəsində yaşayırdı. A. A. Baxarev (1911-1974) 1950 - 1974-ci illər ərzində binada yaşamışdır. O, bu binada yaşadığı müddətdə Volqo-Don kanalı, rus bioloqu və seleksiyaçısı İvan Vladimiroviç Miçurin, kolxoz sakonləri haqqında oçerklər yazmışdır. 1961-1974-cü illər ərzində Rostov vilayətinin yazıçılar təşkilatına rəhbərlik etmişdir. Bir çox medal və ordenlərə lsyiq görülmüşdür. Bu binanın dördüncü mərtəbəsindı isə Vitali Nikolayeviç Syominlərin ailəsi yaşayırdı (1928 -1978). O, bir çox əsərlərin müəllifidir: "Həyat və Valentina" (1972), "Asya Aleksandrovna", "Bizim qarılar", "Bibilərgildə qonaq", "Sahib", "İkinci dönəm", "Çayda", "Ey!", "Çayla aşağı" və s.
Hazırda mənzillərin ilkin görünüşü olduğu kimi saxlanılmamışdır.
1983-cü ildə binanın fasadında iki memorial abidə vurulmuşdur. Onlarda yazılır: «Bu binada 1950-1974-ci illər ərzində yazıçı Aleksandr Arsenteviç Baxarev yaşayıb-yaratmışdır. 1911 - 1978 il.» və «Bu binada 1970 - 1978-ci illər ərzində Vitali Nikolayeviç Syomin yaşayıb-yaratmışdır. 1927 - 1978 il.»
Bolşaya Sadovaya küçəsi 30 ünvanında yerləşən bina XX əsrin əvvəllərində tacir A. A. Leonidovun vəsaiti hesabına inşa edilmişdir. Bina gəlirli bina olmuşdur. XX əsrin 20-ci illərində milliləşdirilmişdir. Birinci mərtəbədində müxtəlif iaşə obyektləri, yerdə qalan mərtəbələrdə isə mənzillər yerləşirdi. Bina zirzəmiyə sahib idi. Bina Г-bənzər formaya malikdir. Dörd mərtəbədən ibarətdir. Bina barokko və klasizm stillərinin qarışığında inşa edilmişdir.