Leonis dombalanı

Leonis dombalanı (Elmi adı — Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4–6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir,[4] meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.

Ağdam, Füzuli, Qobustan, Naxçıvan Muxtar Respublikası ərazisidir (Şahbuz rayonu).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Meyvə cisimlərinin tədricən yetişməsi, onların kütləvi yığılması ilə əlaqədar göbələk populyasiyanın həssaslığı aiddir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Az-az təsadüf edildiyi üçün kütləvi yığılmasına məhdudiyyət qoyulması məqsədəuyğundur.

  1. http://redbook.az/?options=project&id=Leonis%20dombalan%C4%B1[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri", "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2013, 676 s.
  3. Джафаров С. А.
  4. Sadıqov A. S. 2007