Bu məqaləni vikiləşdirmək lazımdır. |
Leptospiroz-kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böyrəklərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, zə- dələnməsi və dalğavari hərarət qalxmaları ilə səciyyələnir. Qısa tarixi məlumat. İlk dəfə leptospirozun klinik gedişini 1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, sonralar onların şərəfinə olaraq xəstəlik Vasilyev-Veyl xəstəliyi adlandırılmışdır. Hazırda isə ikterohemorragik leptospiroz adlan- dırılır. Xəstəlik Avropada 4-5%-də ölümlə nəticələnirdi. Yaponiyada kömür şaxtalarında qazmaçılar arasında “Sarı taun” adı ilə məlum idi və 70%-dən çox ölümə səbəb olurdu. 1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı ilə yoluxdurulmuş hind donuzunun qaraciyərində xəstəliyin tö- rədicisini – Spirochaeta icterohemorragiae tapdılar. Onlardan asılı olmayaraq, 1915-ci ildə Ulenqut və Fromme leptospirləri təsvir etmiş və ona Spirochaeta icterogenes adını vermişlər. Elə həmin ildə (1915-ci il) Xyubner və Reyter bu törədicini təsvir edərək ona Spirochaeta nodosa adını vermişlər. 1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür şaxtalarında tutulmuş boz siçovulların böyrəyində və sidiyində tapmışlar. Sonralar aydın oldu ki, boz siçovullar bir çox yerlərdə bu leptospirlərin əsas mənbəyidir. 1918-ci ildə Amerika alimi Noquşu spiroxetlərin bir sıra morfoloji xüsusiyyətlərini nəzərə alaraq onları spiroxet fəslinin ayrıca bir cinsi kimi təsvir etmiş və leptospira adlandırmışdır (yunanca lepto – nazik, zəif; spira – spiral deməkdir). Elə həmin ildə İdo, Hoki və Vani Yaponiyada 7 günlük qızdırmanın (törədicisi L.hebdomadis) və payız qızdırmasının (törədicisi L.autumnalies) leptospiroz olmasını təsdiq etmişlər. Su qızdırmasının leptospiroz xəstəliyinin sarılıqsız forması olması təsdiq edilmiş, xəstələrin qanından leptospiralar alınmışdır. Azərbaycanda ilk dəfə leptospiroz xəstəliyi Seroloji üsulla (KBR) iribuynuzlu mal-qara arasında 1951-ci ildə M.A.Musayev tərəfindən aşkar edilmişdir. Sonralar o, müxtəlif leptospir ştam- larını iribuynuzlu mal-qaradan, insandan və s. almışdır. 1952-ci ildə N.C.Əliyev və b. insanlar arasında leptospirozun olduğunu bakterioloji və Seroloji üsullarla bir daha təsdiq etdilər. Həmin dövrdən başlayaraq Azərbaycanda leptospirozun epidemiologi- yası və təbii-ocaqlılığı T.Ə.Tağızadə və onun tələbələri tərə- findən öyrənilmiş və hazırkı dövrə qədər bu iş davam etdirilir. Leptospiroz qlobal yayılmış təbii-ocaqlı infeksiyalara aiddir. Hazırda bu xəstəlik insanlar və heyvanlar arasında dünyanın bütün qitələrində (Arktika və Antarktida istisna olunmaqla) 70-dən artıq ölkədə qeydiyyata alınmışdır. Problemin aktuallığı patogen leptospirlərin poliqostallığı, xəstəliyin geniş yayılması, etioloji strukturun dövri şəkildə də- yişməsi, ağır klinik gedişi və ikterohemorragik forma zamanı yüksək letallıqla səciyyələnir. Etiologiyası. Leptospiroz xəstəliyinin törədiciləri Leptospira cinsinə aid olan mikroorqanizmlərdir. Leptospira cinsi 2 növü birləşdirir: 1). parazitik L.interrogans; 2). saprofit - L.biflexa. 23 seroqruplara birləşmiş leptospiraların 200-dən artıq serovar- ları məlumdur. Onlardan insanlar və heyvanlar arasında ən çox xəstəlik törədən – pomona, grippotyphoza, hebdomadis, cani- cola, icterhemorragiae, autumnalis, australis, yavanija seroqrup- larıdır. Morfoloji cəhətdən leptospiraların patogen və saprofit forma- ları bir-birindən fərqlənmir. Onlar yalnız kultural, Seroloji və biokimyəvi meyarlara görə ayırd edilirlər. Saprofit leptospiralar patogen formalardan daha davamlı olması və 130C-də böyüməsi ilə səciyyələnir. Parazitik leptospiralar üçün aşağıdakı patogen xassələrin olması səciyyəvidir: hər bir serovar müəyyən heyvan növünün populyasiyasında sirkulyasiya edir. Onların təbii yaşayış mühiti mayedir (sərbəst yaşayan formalar üçün – su, patogen formalar üçün – qan, limfa, toxuma mayesi). Leptospiralar hemoorqanotrop orqanizmlərə aiddir və tərkibində zərdab, zər- dab albumini və ya uzun zəncirli yağ turşuları olan mühitlərdə yetişdirilirlər. Leptospiralar aerobdur. Onlar həmçinin tipik hid- rofildirlər. Optimal böyümə pH=7,2-7,6 zamanı müşahidə olu- nur. 400C və yuxarı temperatur onlar üçün öldürücüdür. Optimal böyümə üçün inkubasiya dövrü, adətən, 6-14 gündür, lakin bir neçə gündən 4 həftə və daha çox uzana bilər. Patogen leptospiralar serovarlara münasibətdə növ kimi ubik- vitardırlar. Lakin ayrılıqda hər bir serovarın populyasiyası əsas etibarilə müəyyən heyvan növünün populyasiyasını zədələyir. Törədicinin xarakteristikası. Leptospirlər – spiral formalı, uzunluğu 6-20 mkm və daha böyük (2 və bəzən 3 dəfə çox), eni 0,1-0,15 mkm olan zəif mikroorqanizmlərdir. Uzunluğundan asılı olaraq, bunlarda 20-yə qədər spiral əyrisini saymaq olar. Bu mik- roorqanizmlər çox hərəkətlidir, hərəkətləri müxtəlif istiqamətlidir arxaya, önə, dairəvi. Xarici mühitin kifayət dərəcə nəmliyi və 7,0-7,4 pH-ı törədicilərin yaşaması üçün optimal şərait (tempera- tur optimumu 28-300C sayılır) hesab edilir. Su hövzələrində törə- dicilər 7 gündən 1 aya qədər, nəm torpaqda isə 270 günə qədər sağ qalır. Qida məhsullarında 1 neçə saatdan bir neçə günə qədər qalırlar. Qaynadıldıqda dərhal 56-580C-də 25-30 dəqiqə ərzində məhv olurlar. Aşağı temperaturu leptospiralar yaxşı keçirir. Buz- da uzun müddət sağ qalırlar. Günəş şüasının təsirindən, quru- duqda tez məhv olurlar. Törədicilər turş və şəkərli mühitdə dər- hal məhv olur. Bağırsaq infeksiyalarına qarşı istifadə olunan dezinfeksiya- edici məhlullar onlara bakterisid təsir göstərir: 0,5%-li fenolla 20 dəqiqəyə inaktivasiya olurlar. 0,3-0,8 mq/l aktiv xlor lep- tospirləri 2 saat ərzində məhv edir. Leptospirlərin təmiz kultura- sını 2%-li hidrogen xlorid turşusu ilə 24 saat ərzində, patoloji materialı isə 5%-li fenolla zərərsizləşdirirlər. İnfeksiya mənbəyi. İnsanlar üçün infeksiya mənbəyi kimi vəhşi heyvanlar arasında olan gəmiricilər (müxtəlif siçovullar – boz, qara, su; siçanlar, dovşanlar və s.), ev heyvanları – iribuynuzlu qaramal, donuzlar, itlər, bəzən şimal maralları və eləcə də sinantrop gəmiricilər (siçovullar, siçanlar) xidmət edirlər. Vəhşi heyvanlarda xəstəlik klinik təzahür etmədən və xroniki gedişi ilə səciyyələnir. Xəstəlik çox vaxt törədicigəzdirmə şəklində təza- hür edir. Uzunmüddətli (bütün ömrü boyu) törədicigəzdirmə za- manı leptospirlər böyrəklər vasitəsilə (sidiklə) ifraz edilir. Belə epizootik prosesə iri ev heyvanlarında da müşahidə olu- nur, ancaq iribuynuzlu heyvanlarda ikterohemoqlobulinuriya və sarılıq əlamətləri qeyd olunmur. Buzovlar törədicilərlə yoluxma nəticəsində 20-90% hallarda ağır kəskin qızdırmalı xəstəlik nəti- cəsində məhv olurlar. Bəzən xəstəlik donuzlarda və inəklərdə balasalma (abort) ilə müşayiət olunur. Heyvanlar leptospirlərlə çirklənmiş sudan, qidadan və cinsi yolla yoluxurlar. Yoluxma amili sidik və vaginal ifrazat sayılır. İnfeksiya mənbəyi tərəfindən törədicilər xəstəliyin bütün dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə qədər davam edir (donuzlarda isə bütün həyatı boyu). Leptospirlərin sahib orqanizmində təbii yaşayış mühiti xəstə- liyin mərhələsindən asılı olaraq qan, limfa və müxtəlif daxili orqanlar, xüsusilə də böyrəklərdir (I və II sıra kanalcıqlar), ona görə də leptospirlər heyvanların sidiyi vasitəsilə ifraz olunur. Lep- tospirlərin yayılmasında içməli su mənbələrinin suyu böyük əhə- miyyət daşıyır. Bu su mənbələrinin suyu törədicilərin ötürül- məsində əsas yoluxma amili sayılır. Yoluxma mexanizmi. Xəstə və törədicigəzdirən heyvan lep- tospirləri sidikləri vasitəsilə xaric edərək öz ifrazatları ilə suyu, torpağı və qida məhsullarını çirkləndirir. Nəticədə leptospirlər təbiətdə dövran edir və su yolu, bəzən də qida vasitəsilə insan- ların yoluxmasına imkan yaranır. Leptospirlər insan orqanizminə tamlığı pozulmuş dəridən və ağız boşluğu, burun, gözlər, həzm yolunun selikli qişasından keçirlər. Yoluxmalar əsasən kənd təsərrüfatında işləyənlərdə ot biçimi zamanı, heyvandarlığın müxtəlif sahələrində çalışanlar, balıq təsərrüfatı işçiləri, kömür şaxtalarında, düyü plantasiyala- rında işləyənlər, deratizasiya işləri apararkən, həmçinin istirahət zamanı – çayda çimərkən, yuyunarkən təsadüfən suyu udduqda baş verir. İkterohemorragik leptospirozla yoluxma halları çox vaxt yoluxmuş siçovulların sidiyi ilə çirklənmiş qidadan istifadə etdikdə, həmçinin leptospiragəzdirən heyvanlarla təmasda ol- duqda baş verir. Əhalinin həssaslığı. Həm kişilər, həm də qadınlar arasında həssaslıq və xəstəliyin klinik gedişinin ağırlıq dərəcəsi eynidir. Yaşlar üzrə paylanma fərqlənmir. Xəstəlik keçirdikdən sonra ömürlük humoral immunitet yaranır. Həmin serovarla təkrari xəs- tələnmə müşahidə olunmur. Reinfeksiya leptospirlərin digər sero- varı ilə yoluxma nəticəsində baş verir. Leptospirozun enzootik ocaqlarında yaşlı əhalinin yoluxma riski aşağı səviyyədədir, ayrı-ayrı və qrup şəklində qeydə alınır. Belə ocaqlarda yerli əhaliyə nisbətən xəstəlik daha ağır keçir. Buna səbəb yerli əhalinin törədicinin kiçik dozaları ilə tədricən immunizasiya olmasıdır. Onların orqanizmində əks-cisimlər tapılır. Bu fenomenə heyvanlar arasında da rast gəlinir. Epidemik prosesin xarakteristikası. Xəstələnmə sporadik hallar və əsasən yay mövsümündə qeydə alınan epidemik alov- lanmalar şəklində təzahür edir. Sporadik xəstəliklər bütün il boyu əsasən peşə və məişət yoluxmaları zamanı qeydə alınır. Təbii ocaqlarda insanların xəstələnməsi əsasən yay-payız mövsümünə təsadüf edir. İnsanların yoluxması kənd təsərrüfatı işləri görərkən (çəmənliklərin biçilməsi, buğda, çovdar və yulaf zəmilərində məhsulun, otun yığılması), düyünün, çətənin becəril- məsi və s. bol suvarılan tarlaların işlənməsi, bağlarda, bostan- larda iş, yeni məskunlaşan ərazilərin tikintisi, ovçuluq, balıq ovu, turist səfərləri və s., təsadüfi xırda su mənbələrinin suyunun iç- mək, yuyunmaq üçün istifadə olunması və ya gəmiricilərin ifra- zatları ilə çirklənmiş qida məhsullarının işlədilməsi zamanı baş verir. Müasir dövrdə əksər kənd təsərrüfatı işlərinin mexanikləş- dirilməsi təbii ocaqlarda iri alovlanmaların baş verməsini məh- dudlaşdırmışdır. Orada xəstələnmə sporadik və ya qrupşəkilli xarakter daşıyır. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya vasi- təsilə düyü plantasiyalarının yaradılması və digər bol suvarılan bitkilərin yetişdirilməsi zamanı infeksiyanın köhnə ocaqlarından yayılması nəticəsində yeni təbii-ocaqlı ərazilər formalaşa bilər. Bundan başqa, qeyri-mütəşəkkil istirahət əhalinin təbii ocaqlarla təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında insan- ların yoluxması üçün şərait yaranır. İnkubasiya dövrü 2-20 gün, adətən, 7 gün çəkir. Klinik diaqnostikası. Sarılıq leptospirozda aparıcı əlamət sayılır və bundan asılı olaraq leptospirozun sarılıqlı və sarılıqsız formaları ayırd edilir. Sarılıqlı və sarılıqsız leptospirozun pato- genezində oxşar əlamətlər çoxdur. Belə ki, leptospirlər limfatik vəzilər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən sonra qandan yox olur, bir çox daxili orqanlara, ilk növbədə isə qaraciyər və böyrəklərə toplanır, sidiklə ifraz edilməyə başlayır. Qan damarlarından leptospirlərin keçməsini kapillyar toksikozla əlaqələndirirlər. Bu isə kapillyar divarının keçiricilik qabiliyyəti- nin artması nəticəsində baş verir. Leptospirlərin toksiki təsiri və orqanizmin sensibilizasiyası nəticəsində qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı siste- min funksiyalarının pozulması qeyd olunur. Beləliklə, leptos- piroz zamanı infeksion proses 2 mərhələdə gedir: leptospiremiya və toksiemiya. Xəstəlik hərarətin artması, güclü baş və əzələ ağrıları (baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. Xəstəlik ağır keçdikdə 1-ci həftənin sonunda (3-9-cu gün) dəri örtüyünün və skleranın sarılığı və dəridə polimorf ekzan- tema (3-6-cı günlərdə) əmələ gəlir. Ağır hallarda bu, hemorragik xarakterdə olur. İkterohemorragik leptospiroza xas olan hemor- ragik sindrom müxtəlif qanaxmalar – burun, uşaqlıq, bağırsaq, çox vaxt isə təkrari və çoxlu miqdarda qanaxmalar şəklində özünü göstərir. İkterohemorragik leptospiroz zamanı meningial hallar və meninqoensefalit də qeyd edilir. Təbii ocaqlar. Leptospirozun təbii ocaqlarında gəmiricilər dəstəsi böyük əhəmiyyət daşıyır. Müasir dövrdə 58 növ gəmiri- cilərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. Leptospirlərin bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və xır- dabuynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tül- kü, şimal tülküsü), ev heyvanları və əhliləşdirilmiş heyvanlara (it, pişik, maral) adaptasiya imkanını yaradır. Onlar leptospirozun əlavə mənbəyinə çevrilir və beləliklə, antropurgik ocaqlar yaranır. Son illərdə belə ocaqlar müstəqil və həlledici epidemio- loji əhəmiyyət kəsb edir. Bununla yanaşı, qarışıq ocaqlar da qeyd olunur. Hazırda əhali arasında leptospirozla xəstələnmənin səviyyəsi onun iribuynuzlu mal-qara və donuzlarda yayılmasından asılıdır. Leptospirozla sporadik xəstələnmə bütün il boyu baş verə bilər, epidemik alovlanmalar isə əsasən yay-payız fəsillərində qeyd olunur. Leptospirozun aşağıdakı tip alovlanmaları ayırd edilir: 1. Su alovlanmaları – kənd təsərrüfatı heyvanlarının çirk- ləndirdiyi su mənbələrində çimdikdə, ondan məişət və təsərrüfatda işlətmək üçün istifadə etdikdə yoluxma nəticəsində baş verir. 2. Kənd təsərrüfatı alovlanması – xəstələnmələr ot biçimi, çəltik əkmə, eləcə də meliorasiya və irriqasiya işləri ilə məşğul olduqda baş verir. 3. Heyvandarlıq alovlanması – xəstələnmələr xəstə hey- vanlara qulluq etdikdə, onları kəsib emal etdikdə baş verir. Bəzi yerlərdə leptospiroz peşə xarakteri kəsb edir. Yaranma səbəblərindən asılı olaraq o, 5 tipə bölünür: 1) kənd təsərrüfatı, 2) ovçuluq, 3) istehsalat, 4) ekspedisiya, 5) laborator. Epidemio- loji cəhətdən ən əhəmiyyətlisi kənd təsərrüfatı və istehsalat tip- ləridir. Laborator diaqnostikası. Leptospirozun laborator diaqnos- tikasını qoymaq üçün mikroskopik, bakterioloji, bioloji və Sero- loji üsullar tətbiq olunur. Xəstəliyin 1-5-ci gününə qədər qanın əkilməsi, laborator heyvanların yoluxdurulması, qanın mikros- kopiyası aparılır. Xəstəliyin 3-15-ci günündə xəstələrin qan se- rumunda aqqlütinin və lizinlər əmələ gəlir. Onlar Seroloji reak- siyalar – mikroaqqlütinasiya və lizis reaksiyaları (MALR) vasitəsilə təyin edilirlər. Diaqnostik titr 1:500 sayılır. Dinamikada onların titri 1:20 000 qədər artır. Mikroskopik üsulla xəstəliyin 10-16-cı günündən etibarən sidiyin, likvorun, parenximatoz or- qanların müayinəsi aparılır. Leptospirlər pis rəngləndiyindən bütün müayinələr canlı törədicilərlə qaranlıq sahədə aparılır. Müayinə üçün “əzilmiş damla” preparatı hazırlanır.
Əksepidemik tədbirlər. Xəstələr hospitalizasiya olunurlar. Ocaqlarda dezinfeksiya aparılır (bağırsaq infeksiyaları qrupu ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edi- lir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir. Profilaktik tədbirlər. Leptospiroz ocaqlarında hidrotexniki tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, su- yun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirklənmə- sinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi (xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların istifadəsi). Spesi- fik profilaktika zamanı öldürülmüş vaksinlə peyvənd aparılır. Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, arada 7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir.
1989, 414с.
1988, 148с.
НГМА, Нижний Новгород, 2003, 358с.
327-388