Lespedeza hedysaroides

Lespedeza hedysaroides (Pall.) Kitag. – Qəpikvari lespedeza (Lespedeça, tibbi lespedeça)

{{{latin}}}
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Lespedeza hedysaroides
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Lepidezaçoxillik ot bitkisi olub, qısa kökümsovu sıxılmış və basılmış düz gövdəsi 50 sm hündürlüyündədir. Yarpaqları uzunsov və ya uzunsov-ellipsşəkilli, sonu tikanlı, üçərmürəkkəb, sapvari-iynəli olub, yalançı zoğludur. Hamaşçiçəkləri qoltuq tumurcuqları fırçalı, kəpənəkçiçəkli tipində, sarımtıl və ya ağ-bənövşəyidir. Meyvəsi təktoxumlu, ellipsvari və ya dairəvi-yumurtavari paxlameyvədir. İyul-avqust ayında çiçəkləyir, sentyabr ayında isə meyvələri yetişir.[1]

Lepideza quru yerlərdə, otlu kolluqlarda, çınqıllı torpaqlarda, çay kənarlarında, qumlu-çaqıl daşlı yerlərdə daha yaxşı inkişaf edir. 

İti bıçaq, oraqla torpaqdan 5–10 sm hündürlüyündə toplanılmalıdır. Yaxşı havalanan çardax və navestlərdə, parça və ya kağız üzərində daimi çevrilərək qurudulmalıdır. Quruducu şkafda qurudulması 40–50ºС temperaturda aparılmalıdır.

Bütun yarpaqlı gövdəsi, çoxsaylı hamaşçiçəklərin qoltuq tumurcuqları və meyvələri buraya aiddir. Spesifik iyli və zəif-büzücü dadlıdır.

Yaxşı havalanan quru yerlərdə, stelajlarda saxlanılmalıdır. Saxlama müddəti 5 ildir.[1]

Tərkibi və təsiri[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının tərkibində flavonoidlər (2,5%), kempferol, kverçetin, orientin, homoorientin, viteksin, saponaretin, biokverçetin və lespedin vardır. Cavan budaqlarında flavonoidlərdən — kempferol, kverçetin, izokverçetin orientin və lespedin vardır.[1]

Dərman maddələri - Xelepin, həb,0,1 q; məhlul 0,2%; məlhəmi 1% və 5% (flavonoidlərdən ibarət təmizlənmiş ekstrakt). Virus əleyhinə (herpes) dərmandır.

Lespeflan, məhlul (gövdəsinin təmizlənmiş ekstraktı). Hipoazotemik, diuretik və natrium qovucu təsirlidir. 

Farmakoterapevtik qrup - Virus və herpes əleyhinə dərmandır. Hipoazotemik, diuretik və iltihabsorucu təsirlidir. 

Bu bitkidən alınan "Xelepin" virus əleyhinə təsir edərək, qamma-interferonun sintezini aparmaqla, immun stimullaşdırıcı, hüceyrələrdə humoral immunitet yaradır. Preparat herpes, dəmirov, otit və hətta adenovirus konyuktivitdə əvəzsiz sayılır. Bu bitkidən alınan "Lespeflan" iltihab əleyhinə, hipoazotemik və diuretik dərmandır. Yumaqcıq filtrasiyasını gücləndirməklə, qanda azot qalığıni aşağı salır. Xroniki böyrək çatmamazlığında və nefropatiyada işlənilir. Fransada anoloji olaraq şimali Amerika növünün gövdə və yarpaqlarından (Lespedeza capitata Michx.) "Lespenefril" adlı preparat hazırlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Həmçinin bax[redaktə | mənbəni redaktə et]