Levi Varner (9 aprel 1844[1][2], Saffild[d][2] – 14 avqust 1896[3][1][…], Nyu-York, Nyu-York ştatı[2]) — Amerikalı rəssam.[4]
Levi Varner | |
---|---|
Doğum tarixi | 9 aprel 1844[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 1896[3][1][…] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | velosiped qəzası[d] |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Varner Konnektikut ştatının Şeffild şəhərində anadan olub. O, 1896-cı ildə Nyu Yorkdakı Mərkəzi Parkda velosiped sürərkən baş verən qəza nəticəsində vəfat edib.
Gənc yaşlarında o, teleqrafçı işləyib. Yığdığı pul ilə 1869-cu ildə Parisə köçüb. Burada heykəltəraşlıq təhsili alıb. Eyni zamanda Jan-Batist Karponun köməkçisi kimi çalışıb.[5]
1870–1871-ci illərdə təhsilini davam etdirərək Xarici Legiona daxil olub.[6]
1872-ci ildə Nyu-Yorka köçüb. O, 1877-ci ildə Amerika Rəssamlar Cəmiyyətinin qurucularından biri və üzvü olub. 1888-ci ildə isə Milli Dizayn Akademiyasının əməkdaşı olub.[7] O, 1893-cü ildə Çikaqoda keçirilən Kolumbiya Sərgisi üçün yarım dollarlıq əsərlər hazırlayıb.[8]
Ömrünün sonlarına yaxın onun heykəlləri daha çox insanlar tərəfindən tanınıb və bəyənilib.[9]