Bu məqaləni vikiləşdirmək lazımdır. |
Levi cisimcikli demensiya(LCD) — Parkinson xəstəliyi zamanı əmələ gələn demensiya ilə eyni patoloji əsasa malikdir. LCD baş beyin qabığındakı neyronlarda Levi cisimciklərinin, zülal axtalarının, α-sinuclein və ubikvitinin əmələ gəlməsi ilə əlaqədardır. Xəstəliyin spesifik simptomlarının dəyişkən olması ilə bərabər ,əsas xüsusiyyətləri diqqət və oyanıqlığın variasiyası ilə koqnitiv dalğalanma,təkrarlanan görmə halyusinasiyaları və Parkinson xəstəliyinin motor təzahürləridir.