Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur.[1]
Ley Zanq 張磊 | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ley Zanq |
Doğum tarixi | |
Doğum yeri | Şanxay Çin |
Vətəndaşlığı | Çin |
Voleybolçu məlumatları | |
Boyu | 1.81 m |
Çəkisi | 71 kq |
Zərbəsi | 316 sm |
Bloku | 310 sm |
Mövqeyi | Diaqonal |
Karyerası | |
Komandası | İqtisadçı |
Nömrəsi | 3 |
Klub karyerası | |
2001–2013 2013– |
Şanxay QVK İqtisadçı |
Milli komanda karyerası | |
2010– | Çin |
Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur.
2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır.[2]
O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
2013–14 mövsümünü İqtisadçıda keçirən voleybolçu Superliqada oynayan ilk çinli olur.