Leyla Allahverdiyeva - iqtisadiyyat elmlər doktoru, professor.
Leyla Allahverdiyeva | |
---|---|
ALLAHVERDIYEVA LEYLA MƏDƏD QIZI | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | professor |
Allahverdiyeva Leyla Mədəd qızı Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı inistitunun “ Əməyin iqtisadiyyati ” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsinin Planlaşdırma və Normativləşdirmə Elmi-Tədqiqat institutunun aspiranturasını əyani bitirmişdir. O, 1985-ci ildə Xalq təsərrüfatının iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsi ixtisası (şifr-08. 00. 05i) üzrə “ Əməkehtiyatlerı bol olan regiyonlarda sərbəst əmək resurslarının planlaşdırılması, idarə edilməsi ” mövzusunda namizədlik dissertasiyasıni müdafiə etmişdir.
2003-cü ildə Leyla Allahverdiyeva Daşkənd şəhərində Özbəkistan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat institutunda Əhalinin sakinliyi və əmək iqtisadiyyatı ixtisasi (şifr-08. 00. 10) üzrə “Özbəkistanın demoqrafik xüsusiyyətini nəzərə almaqla sakinlərin sosial müdafiə sisteminin inkişafı və formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, və iqtisadiyyat elmlər doktoru elmi dərəcəsi almişdır.
Bir müddət Özbəkistan elm ocaqlarında çalışmış, sonra isə elmi fəaliyyətini Qazaxıstanda davam etdirməyə başlamışdır. 2009-cu ildə Qazaxıstan Respublikasının Elm və Təhsil nazirliyinin təhsil və elm sahəsi üzrə Nəzarət Komitəsinin qərarı ilə Leylaya Allahverdiyevaya Qazaxıstan respublikasının iqtisadiyyat elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Leyla Allahverdiyeva Əmək və Məşğulluq üzrə Beynalxalq Akademiyanın (ştab Moskva şəhərində yerləşir) müxbir üzvüdir.
Özünün əmək fəaliyyətı dövründə Leyla Allahverdiyeva Daşkənd Dövlət İqtisadiyyat universitetinin “ Əmək iqtisadiyyatı və əhalininsakınliyi” kafedrasının professoru, Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Daşkənd filialında “ Əməyin iqtisadiyyatı və idarə edilməs ı” kafedirasının müdiri işləmişdir.Şımkend şəhərində Yazqan adına Miras universitetinin İqtisadiyyat və Biznes institutunun direktoru və Türkistan şəhərində X.A.Yassau adına Beynalxalq Qazax-Türk universitetinin regional Türkistan elmi mərkəzinin direktoru işləmişdir.
2010-2011-ci illərdə Leyla Allahverdiyeva X.A.Yasavi adına Beynalxalq Qazax-Türk universitetində iqtisadiyyat elmlər doktoru elmi dərəcə veriməsı üzrə dissertasiya müdafiəsi-D 14.61.15 şifrəli dissertasiya şurasının üzvü və nəzəri seminarın sədri olmuşdur. Leyla Allahverdiyeva, 2007-cı ildən Cənubi qazaxıstan vilayətində “ Rəhbər işçilərin və menecerlərinn iqtisadiyyat sahəsi üzrə ixtisaslarının təkmilləşdirilməsi” üzrə Qazaxıstan-Germaniya proqramının kordinatorudur.
2011-ci ildən isə Leyla Allahverdiyeva Astana şəhərində yerləşən “ Turan-Profi” Beynalxalq İxtisas Akademiyasının İxtisasartırma institutunun Manqıstay vilayəti üzrə koordinatorudur.Leyla Allahverdiyeva 2011-ci ildən Ş, Yesenov adına KDMvəTU -də İqtisadiyyat və Hüquq institutunda Menecment kafedrasının müdiri işləyir. İşində həmişə özünü daima bilik və bacarığını artıran gözəl pedaqoq kimi göstərmişdir. Manqıstayskoy vilayətinin akimatının təşəbbüsü ilə Leyla Allahverdiyeva “ Qadınlar tərəfindən hazırlanmış və istehsal edilmiş ideya və malların satışı” üzrə Aktube şəhərində keçirilən respublika yarmarkasında iştirak etmək üçün göndərilmiş və orada O, “Ana və uşaqların sosial müdafiəsı sahəsı üzrə yerli inzibatı orqanlarda çalışanların idarəetmə vərdişlərinin inkişafin” layihəsinin prezentasiyasını keçirmişdir.Məhz,bu layihəyə görə Allahverdiyeva .L.Aktubinski vilayətinin Akimatı tərəfindən və Qazaxıstan respublikası prezidenti yanında qadın və ailə-demoqrafiq siyasət işləri üzrə Milli komissiyanın sədri və vilayətlər akimatının aparatı tərəfindən təşəkkür və hədiyyələr almışdır.
Hal-hazıra kimi Leyla Allahverdiyeva 108 elmi və elmi -metodik iş, o cümlədən dərslik,dərs vəsaiti və monoqrafiyalar çap etdirmişdir.
http://qubadli.biz/index.php?option=com_content&view=category&layout=blog&id=231&Itemid=244[ölü keçid]