Leyla Neyzi

Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq

Leyla Neyzi
Leyla Neyzi
Doğum tarixi (63 yaş)
Doğum yeri İstanbul,Türkiyə Türkiyə Türkiyə
Vətəndaşlığı Türkiyə Cümhuriyyəti Türkiyə Türkiyə
Atası Əli Neyzi
Anası Olcay Neyzi
Milliyyəti türk
İxtisası antropoloq,sosioloq,tarixçi
Təhsili Robert Kolleci,Stanford Universiteti,Boğaziçi Universiteti,Oksford Universiteti
Fəaliyyəti tarixçi,sosioloq
Fəaliyyət illəri 1992-günümüzədək
Mükafatları

Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992.

                    Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.
Sabancı Universiteti Araşdırma mükafatı,2003-2004.(Təşviqiyə Sözlü tarixi çalışması.)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir.[1]

Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992. Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999. Sabancı Universiteti Araşdırma mükafatı,2003-2004.(Təşviqiyə Sözlü tarixi çalışması.)

``Mən kiməm?`` Türkiyədə şifahi tarix,kimlik və subyektivlik (İletişim nəşriyyatı,Avqust 2004) Kiçik xanımdan rübü əsirlik adama Nəzihə Neyzidən oğlu Nəzih Neyziyə məktublar 1947-1948 (Sel nəşriyyatı,1999) İstanbulda fərdi xatrılamaq və unutmaq,Yaddaş və Aidiyyat (Tarix vəqfi Yurd nəşriyyatı,1999)

  1. Strong as Steel, Fragile as a Rose: A Turkish Jewish Witness to the Twentieth Century Arxivləşdirilib 2006-09-17 at the Wayback Machine Yaşar Paker günlüğü üzerinde bir çalışma; Jewish Social Studies dergisi Sonbahar 2005 sayısında yayınlanmıştır.