Lezbiyanın gündəliyi (kat: Eloïse) — İspaniya rejissoru Xesus Gerayın 2009-cu ildə çəkdiyi katalan dilli filmdir.
Lezbiyanın gündəliyi | |
---|---|
Eloïse | |
Janr | dram filmi, LGBT mövzulu film[d] |
Rejissor | Xüsus Qaray |
Prodüser | Xose Antonio Perez Qiner |
Ssenari müəllifi | Kristina Monkunill |
Operator | Karles Quzi |
Bəstəkar | Karles Kases |
İlk baxış tarixi |
29 oktyabr, 2009 Valladolid Beynəlxalq Film Festivalı 6 noyabr, 2009 (İspaniya) |
Filmin digər adı | Eloiza |
Müddət | 92 dəq. |
Ölkələr | İspaniya |
Dil | katalan dili |
Rəng | 91 dəq. |
Çəkiliş yeri | Barselona, İspaniya, Terrassa |
IMDb | ID 1221188 |
Dramda gənc qız olan Asiyanın Eloiza adlı rəssam qısa vurulmasından bəhs edilir. Qızlar bir yerdə təhsil alırlar, Asiya Eloisa üçün model kimi xidmət edir. Bir dəfə Eloiza Asiyaya çılpaq poza verməyi təklif edir və Asiya razılaşır. Bundan sonra onların münasibətləri dostluq çərçivəsini keçir və qızlar bir-birlərinə qarşı dostluqdan daha güclü bir hiss yaşatdıqlarını başa düşürlər. Lakin, onların münasibətlərinin qeyri-ənənəvi xüsusiyyəti Asiyanı narahat edir.
Nəhayət ki, Asiya oğlan sevgilisi Nataniellə münasibətlərini tamamilə kəsmək qərarına gəlir. Anası Asiyanın lezbiyanla görüşdüyünü başa düşür və buna mane olmağa çalışır. O, münasibətlərinin ildönümü münasibətilə Nataniel və Asiyanın görüşünü təşkil edir. Həmin müddətdə isə Eloizaya zəng edərək onlara gəlməsini xahiş edir. Eloiza gəlir və onların arasında qarşıdurma baş verir. Bu atada Asiya evdə qalmış çantasını götürmək üçün evə qayıdır. O, başa düşür ki, Eloiza az öncə burda olub və onun arxasınca gedir. İşıqforun qırmızı işığını görmədiyindən avtomobilin təkərləri altına düşür və daha sonra xəstəxanada vəfat edir.
Katalan dilində olan film Kataloniyanın Barselona, Badalon, Kuqat-del-Vales, Terrasse və Tiane şəhərlərində çəkilib.[1].