Lezbiyan feminizmi — 1970–80-ci illərdə Şimali Amerika və Qərbi Avropada yayılan mədəni hərəkat. Qadınları öz enerjilərini kişilərə yox, digər qadınlara önləndirməyi dəstəkləyir və lezbiyanlığı feminizmin məntiqi nəticəsi kimi görür. Əsas fiqurları Şarlot Banç, Rita Braun, Adrien Riç, Odre Lord, Marlin Fray, Meri Deli, Şeyla Cefriys, Barbara Smit, Pat Parker, Marqaret Slon-Hanter, Çeril Klark, Qloria Anzaldua, Çerri Moraqa və Monik Vittiqdir (sonuncu əksər hallarda homoseksual teoremlə tanınır).
Lezbiyan feminizm 1970-ci illərdə ikinci dalğa feminizm və gey azadlıq hərəkatından narazılıq nəticəsində ortaya çıxmışdır.
Lezbiyan feminist Şeyla Cefriysin sözlərinə görə "Lezbiyan feminizm iki irəliləyişin nəticəsi olaraq ortaya çıxıb: "Qadınların Azadlıq Hərəkatı"ndakı lezbiyanlar yeni lezbiyan feminist siyasəti yaratmağa başladılar və "Gey Azadlıq Cəbhəsi"ndəki lezbiyanlar oranı öz bacıları ilə birləşmək üçün tərk etdilər".
Kanadalı jurnalist və feminist siyasi fəal Judi Rebikə görə "feministlər həmişə qadın hərəkatının tam mərkəzində olublar, lakin eyni zamanda onların problemləri həmişə görməzdən gəlinib".