Li Çinq Yue (bilinmir[1][2] – 6 may 1933) — Çinli botanik və döyüş idman növləri üzrə ustad.
Li Çinq Yue | |
---|---|
çin. 李清云 | |
Doğum tarixi | |
Doğum yeri | Çin |
Vəfat tarixi | (256 yaşında) |
Vəfat yeri | Çin |
Fəaliyyəti | həkim |
Li Çinq Yuenin 1677-ci ildə anadan olduğu göstərilir. Əslində onun əsl doğum tarixi heç vaxt müəyyən edilməyib. Gerontoloqlar onun iddialarını mif hesab edirlər. Yuxarıdakı rəqəmlərə diqqət yetirildiyi və 1933-cü ildə vəfat etdiyi nəzərə alındığı zaman məşhur botanikin, 250 ildən artıq ömür sürdüyü məlum olur. Hər iki halda da Li Yue dünyanın ən çox yaşayan insanı adına sahib olur. Bu barədə xəbər nüfuzlu "Taym" jurnalında belə öz əksini tapıb. "Taym" jurnalında dərc olunan xəbərə görə, Li Çinq Yuenin 250 yaşına qədər yaşamasının sirri "Köpək – göyərçin – qurbağa" üçlüyündədir.
"Taym" jurnalında bildirildiyinə görə, Li Yue həyatının böyük hissəsini dağların ətəklərində bitkilər toplamaqla və uzun ömür sürmənin sirlərini araşdırmaqla keçirib.
1748-ci ildə 71 yaşında olarkən Çin ordusunda döyüş texnikası üzrə məsləhətçi kimi fəaliyyət göstərən Yue ordu sıralarından uzaqlaşaraq, evinə qayıtdıqdan bir il sonra vəfat edib. Bəziləri onun təbii ölümlə öldüyünü desələr də, bir sıra dostları onun ölmədən əvvəl "bu dünyada lazım olan işləri gördüm. Artıq evə gedirəm" dediyini bildiriblər.
Dostlarının sözlərinə görə, Li Yuedən uzun ömür sürmənin sirri soruşulduqda o, bu suala cavabında təmiz qəlbə sahib olmaq, bir qurbağa kimi oturmaq, göyərçin kimi həyat dolu hərəkət etmək və bir it kimi yatmaq olduğunu demişdir.