Bu məqaləni vikiləşdirmək lazımdır. |
Li (禮 \ 礼 Lǐ) — Dünya Nizamının bir ifadəsidir.
Dünya ilə Səmavi İradə (Tyan Sin) arasında müvazinətdir. Cəngavər özündə Səmavi İradənin təcəssümünü görərək özünü dünyanın mütləq və ilahi mahiyyətinin daşıyıcısı kimi, Dünyanı onun həqiqi mahiyyətinə, mənasına qaytararaq nizama salmalı olan bir qüvvə kimi qavrayır. Cəngavər Səmavi İradənin təcəssümçüsü olmaqla Dünyanı onun ruhuna qaytararaq canlandırmalı və gözəlləşdirməlidir.
Öz ruhundan ayrı düşən, Səmavi İradənin təcəssümçüsünə hələ ki, çevrilməyən dünyanı tsi anlayışı ifadə edir. Tsi qədim hindlilərin mayya termininə bənzəyir, sözün birbaşa mənasında isə tsi — xaos, qarışıqlıq deməkdir. Cəngavər xaos girdabında boğulan Dünya ilə üz-üzədir, Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti nizama salmalıdır. Dövlət yaratma missiyası onun üzərinə düşür. İdeal dövlət — Linin, Dünya Nizamının sosial mücəssəməsidir. Əgər ideal dövlət Dünya Nizamının, əgər belə demək mümkündürsə, nisbətən geniş miqyasda təcəssüm olunmasıdırsa, ideal ailə linin ən kiçik sosial məkan çərçivəsində qərarlaşmasıdır. Linin bütün dünya miqyasında qərarlaşması isə Tay Tszidir. Tay Tszi dilimizə tərcümədə böyük hədd deməkdir. Tay Tszi hərfi tərcümə baxımından deyil, həqiqi mahiyyəti baxımından qədim yunan təfəkkürünün kosmos anlayışına bənzəyir. Tay Tszi də kosmos kimi dünyanın nizama düşərək gözəlləşdiyi çağdır.
Çin dövlətləri iki başlanğıcın sintezi nəticəsində formalaşırdı. Hər bir linin yaradılmasında iki mədəniyyət tipi, iki həyat tərzi və iki düşüncə üslubu iştirak etdiyindən və bu lilərin adlandırılması da ikili xarakter daşıyırdı, onların adlandırılmasına iki yanaşma üsulu vardı, bəzən Çin məmləkətləri iki adla adlandırılırdı.