Li Ziqi (vloger)

Li Ziqi ([lì tsɹ̩̀.tɕʰí]; Çin: 李子 柒; 6 iyul 1990) — təşəbbüskar və internet şöhrətli Çinli vlogerdir.[1] Çinin cənub-qərbindəki Sıçuan əyalətinin şimal-mərkəzində Mianyangda Pingvu kəndində qida və sənətkarlıq hazırlığı videoları hazırlaması ilə məşhurdur.[2][3] [4] [5]YouTube kanalında 2.3 milyarddan çox baxış və 15.2 milyon abunəçisi var. Kanal, 12 May 2021-ci ildə Rekorda sahib olmuşdur. Belə ki, "YouTube-da Çin dilində kanal üçün ən çox abunəçi" olaraq Guinness Dünya Rekordudur.[6]

Li Ziqi
Doğum tarixi 6 iyul 1990(1990-07-06) (34 yaş)
Fəaliyyəti food blogger[d], videobloger[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri 2016-cı ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Li 6 iyul 1990-cı il tarixində Çinin Sıçuan şəhərində anadan olub, əvvəl adı "Li Jiajia" (Çin: 李佳佳; pinyin: Lǐ Jiājiā) idi.[7] Çox gənc yaşlarında yetim qalmışdır.[8] Goldthread-ə verdiyi müsahibədə Li, ögey anasının pis davranışından sonra nənə və baba evinə köçdüyünü bildirdi. [9]

Li 2015-ci ildə videolarını Meipaidə yayımlamağa başladı.[10] Əvvəlcə Li videolarını təkbaşına çəkdi, lakin o vaxt yaradıcı video montaj bacarıqları ifadə etməyə bacarmırdı. 2016-cı ildə Linin Şaftalı Şərabı adlı videolarından biri, video hazırlayan platformans icraçsıının diqqətini çəkdi və platformanın ön səhifəsində videonun yer almasına səbəb oldu və qısa müddətdə Li kanalına daha çox izləyici topladı. İlk videosu 2017-ci ildə "Üzüm dərisindən paltar düzəltmək" başlığı ilə YouTube-da yayımladı.[11] İyun 2020-ci il tarixində YouTube'da 11.7 milyon abunəçisi, Sina Weibo'da [12] 26.3 milyon izləyicisi vardı. [13][14][15]
Linin populyarlığı fuqu (复古, retro-nostalji) ilə əlaqələndirilə bilər. Belə ki o, müasir Çini ənənəvi mədəniyyətə əsaslanaraq təqdim edir.[16] 2019-cu ilin sentyabr ayında Goldthread-ə verdiyi bir müsahibədə Li "Mən sadəcə şəhərdəki insanların yeməklərinin haradan gəldiyini bilmələrini istəyirəm" dedi.
Li'nin videolarının əksəriyyəti ənənəvi qidalar və antik əşyalara həsr olunmuşdur.[17] Yemək hazırlama videolarının yanında, Li-nin digər məşhur videolarına üzüm dərilərindən makiyaj və paltarlar yaratmaq da daxildir.[18] Li videolarında nadir hallarda danışır və təbiət səsləri, yemək bişirmək və sakit musiqi ən qabarıqdır. Hemispheres jurnalı, "Yeganə rəvayət Li ilə nənəsi arasındakı dostluq şənliyidir, səslər ancaq - quşların oxuması, ayağın altındakı şırıltı, bir bıçağın çırpılması, sarımsaq qızartması - sizi bir ASMR'ə cəlb edir, buna görə nə qədər video çəkdiyinizi fərq etmirsiniz. "[19] 2018-ci ildə öz adı ilə bir qida markası qurdu və e-ticarət yolu ilə qablaşdırılan qida satdı. [20] Çin Kommunist Partiyasının rəsmi Xalq Gündəlik qəzeti tərəfindən 2019-cu ilin sentyabrında Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.[21] Avqust 2020-ci ildə Li Ümum Çin Gənclər Federasiyasının üzvlüyünə namizəd göstərildi. [22] [23]
Dövlət tərəfindən idarə olunan Çin Mərkəzi Televiziyası onu tərifləyərək dedi: "Li heç bir söz olmadan Çin mədəniyyətini yaxşı bir şəkildə təbliğ edir və yaxşı Çin hekayəsi yaradır.[24]

Li, ara-sıra videolarda görünən nənəsi ilə Cənubi-Qərbi Çinin Sıçuan bölgəsindəki Mianyang kəndində yaşayır.[25] Li beşinci sinifdə oxuyanda babası öldü, buna görə də nənəsi təhsil haqqını ödəyə bilmədi, bu da Li'ni 14 yaşında şəhərdə işləmək üçün məktəbdən çıxmasına səbəb oldu, işlədiyi işlərin qarson (2016–2017), musiqi DJ (2007–2013) və müğənnilikdir (2006–2007). 2012-ci ildə o dövrdə xəstə olan nənəsinə qulluq etmək üçün geri qayıtmaq məcburiyyətində qalmışdır.[26] Başlanğıcda Li, vloger olmağa başlamazdan əvvəl pul qazanmağın bir yolu olaraq Taobao'da kənd təsərrüfatı məhsulları satırdı. [27]Əvvəl bütün foto və montaj işləri özü edirdi, populyarlıq və təcrübə qazandığı üçün son onlayn videoları şəxsi köməkçisinin köməyi ilə hazırlanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Yamaguchi, David (14 March 2019).. "SANSEI JOURNAL: Everything Comes From China" Arxivləşdirilib 2022-02-06 at the Wayback Machine North American Post.
  2. Simonienko, Maxim (26 March 2019)"Une artiste chinoise propose un tutoriel pour fabriquer des outils de calligraphie" Arxivləşdirilib 2019-05-09 at the Wayback MachineActuaLitté (in French).
  3. Shi, Yinglun, ed. (2 August 2018). . "100 Chinese selected as "good young netizens"" Arxivləşdirilib 2019-05-08 at the Wayback MachineXinhua News Agency. Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine
  4. Rahmil, David-Julien (5 March 2019)."L'une des plus jolies chaînes de YouTube serait en réalité un outil de propagande massive". Arxivləşdirilib 2019-05-09 at the Wayback Machine
  5. ""揭秘2017最火网红"古风美食第一人"李子柒"". 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  6. "Li Ziqi breaks YouTube subscribers record for Chinese language channel" Arxivləşdirilib 2022-09-16 at the Wayback MachineGuinness World Records. Guinness World Records Limited.
  7. Che, Hui (30 December 2019).""李子柒现象"背后的网红出海" Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine
  8. Cao, Jing (31 December 2019). "All You Want to Know about Li Ziqi (李子柒)" Arxivləşdirilib 2020-03-01 at the Wayback Machine
  9. Wu, Venus (13 September 2019). "Exclusive: Behind the scenes with Li Ziqi, China's most mysterious internet celebrity Arxivləşdirilib 2020-04-25 at the Wayback Machine
  10. Dumke, Erin (13 April 2019). "Li Ziqi: The Online Celebrity Bringing Ol' School Traditions to the Modern World" Arxivləşdirilib 2019-05-09 at the Wayback Machine
  11. ""Li Ziqi breaks YouTube subscribers record for Chinese language channel"". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  12. ""李子柒的微博"". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  13. Li, Weida (25 January 2019)."Top YouTube channels to learn about China"
  14. Doyen, Léa (3 October 2018).. "This Chinese youtube girl teaches us how tofu is made" Arxivləşdirilib 2019-05-09 at the Wayback Machine
  15. Nigari (7 May 2018). "This Chinese youtube girl teaches us how tofu is made" Arxivləşdirilib 2019-05-09 at the Wayback Machine
  16. Yang, Chunmei (6 November 2017)."China's Cultural Revivalists: More Than Just Quirky Throwbacks" Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine
  17. Zhang, Shen, ed. (12 December 2019)."美食博主李子柒为什么收获关注?中纪委网站这样说" Arxivləşdirilib 2019-12-30 at the Wayback Machine
  18. Li, Ziqi (24 August 2017).Making a dress with grape skins, what kind of experience is it? Arxivləşdirilib 2020-03-18 at the Wayback Machine
  19. Freeman, Ellen (1 December 2019)."How One Chinese Vlogger is Inspiring Armchair Wanderlust" Arxivləşdirilib 2020-04-14 at the Wayback Machine
  20. Wang, Jeffrey (6 August 2020)."Li Ziqi has Set Up a New Food Company and May Export Chinese Food" Arxivləşdirilib 2020-08-23 at the Wayback Machine
  21. Yan, Alice (11 December 2019)."Chinese state media approves of YouTube star Li Ziqi" Arxivləşdirilib 2022-02-06 at the Wayback Machine
  22. Zhang, Wanqing (18 August 2020). . "Chinese Web Celebs Appointed to Party-Backed Youth Organization" Arxivləşdirilib 2020-08-19 at the Wayback Machine
  23. Li, Jill (12 August 2020)."As China's Vloggers Draw International Fans, Beijing Sees Soft Power Opportunity" Arxivləşdirilib 2020-08-23 at the Wayback Machine
  24. Yan, Alice (11 December 2019)"Chinese state media joins rural life blogger Li Ziqi's millions of followers" Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine
  25. Li, Ziqi (17 December 2017). A multi layer sole shoes for my grandma, in memory of good old days给奶奶做了双千层底,重温儿时一针一线的旧时光 Arxivləşdirilib 2020-02-29 at the Wayback Machine
  26. "【放過李子柒】李子柒爆紅幕後團隊與全商業版圖"
  27. Duan, Xiaoer (17 December 2019). ""「農村網紅」李子柒衝出國際並獲中國官媒加持,你有看過她的影片嗎?" Arxivləşdirilib 2019-12-30 at the Wayback Machine