Lifan 320 — "Lifan" şirkətinin məhsulu olan xırda sinifli avtomobil markası. Quruluşca Mini Hatch modeli ilə eynilik təşkil edən bu avtomobil 2008-ci ildə Pekində keçirilən avtosərgilərin birində ilk dəfə nümayişə çıxarılmışdır. İqtisadi bazara 320 adı ilə çıxarılan model sonradan Lifan 330 kimi şöhrət qazanmışdır.
Lifan 320 | |
---|---|
Qabariti | |
Uzunluğu |
|
Eni | 1.620 mm |
Hündürlüyü | 1.430 mm |
Təkər bazası | 2.340 mm |
Kütləsi | 900 kq |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.
Hazırda bu maşın Çində, o cümlədən Peru, Rusiya kimi ölkələrin ekspomağaza mərkəzlərində genişmiqyaslı satışa çıxarılmışdır. Lifan 320 Çerkessk şəhərində 2011-ci ildən etibarən Derveys Avtomobil Şirkəti tərəfindən yığılmaqdadır.
Lifan 320 modeli 1.3 litrlik 4 silindirli yanacaq mühərriki və təkmilləşdirilmiş 66 kilovats enerji təminatı ilə təchiz olunmuşdur. Maksimum sürəti saatda 190 km-dir. Sürət yığma tezliyi 14.5 saniyəyə 66 mildir.
2014-cü ilin dekabrında Latın NCAP şirkəti tərəfindən keçirilən test nəticəsində hava yastığının yoxluğu səbəbi ilə 5 ballıq bölgü şkalasında 0 balla nəticələndirilmişdir. Bu hadisə mətbu nəşriyyat orqanlarında öz əksini belə tapmışdır.
LNCAP
2010 Lifan 320 arxa kvartal
2010 Lifan 320 1.3L 16V mühərrik
2010 Lifan 320 kabinet
Lifan 320 arxa nişanları
2013 təkmil modeli