Limasol və ya Leymosun (yun. Λεμεσός) — Kipr Respublikasında şəhər. Kipr Respublikasında paytaxt Lefkoşa şəhərindən sonra ən əhəmiyyətli iki şəhərdən biri hesab olunur (digəri Larnakadır). Limasol şəhəri bir liman şəhəri olmasına baxmayaraq, ərazinə görə böyükdür. Kipr adasınını əhalisinə görə ikinci böyük şəhəridir. Yay aylarında şəhərdə turistlərin kütləvi axını yaşanır. Adanın cənub hissəsində yerləşən şəhər, adının verildiyi körfəzin sahilində salınmışdır.
Limasol | |
---|---|
Λεμεσός[1] | |
34°40′29″ şm. e. 33°02′39″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 34.87 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 228.000 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 357 25 |
Poçt indeksi | 3010–3150 |
Digər | |
limassolmunicipal.com.cy | |
Vikianbarda əlaqəli mediafayllar |