Limodorum abortivum

Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü.

Natamam limodorum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur. Yumurtalıq silindrik, burulmamış qısa ayaqdadır.

Monotip cinsli çox nadir bitki növüdür. Azərbaycanda Zaqatala (Car kəndi), Qəbələ (Qəbələ ətrafı), Ağdaş (Şirvan stepi), Lənkəran (Alekseyevka kəndi) rayonlarında, Azərbaycandan kənarda – Krım, Ön Qafqaz, qərbi Zaqafqaziya. Orta və Cənubi Avropa, Kiçik Asiyada yayılmışdır. Aşağı dağlıq qurşağın seyrək meşələrində kolluqlar arasında, meşə kənarlarında bitir. Az rast gəlir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxum vasitəsilə çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri[redaktə | mənbəni redaktə et]

Bitdiyi sahənin dəyişməsi, Bitkinin kökündən çıxarılması, çiçəyinin yığılması.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xususi mühafizə tədbirləri hazırlanmamışdır.

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, seyrək meşələrdə kolluqlar arasında, talalarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]